Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dərs nümunəsi: Səfəvilər dövlətinin yaranması və yüksəlişi

 

 







 

Azərbaycan 

 tarixi:  X sinif

Mövzu: Səfəvilər dövlətinin yaranması və yüksəlişi

 

Alt-standartlar:

3.1.1. Dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir;

3.1.2. Müxtəlif  dövrlərdə dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;

4.1.1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (Şəmsəddin Eldəniz, Üzun Həsən, Şah I İsmayıl) dünyanın tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.

Təlim məqsədi:

1. Səfəvi dövlətin yaranması və inkişafında müvafiq dövrü dəyərləndirir;

2. XVI əsrdə Osmanlı, Avropa ölkələri ilə münasibətlərdə Azərbaycanın  mövqeyini şərh edir;

3. I İsmayılı Əmir Teymur,  Şəmsəddin Eldəniz, Uzun Həsən və Heydər Əliyevlə müqayisə edir və dəyərləndirir.

İnteqrasiya:

Az.d. 1.1.1.;  Əd. 1.1.1.; Ü.t. 3.1.1.; 4.1.1; Coğ. 3.2.1.

Təlim forması: qruplarda və kollektivlə iş

Təlim üsulu: beyin həmləsi, oyun, karusel, Venn diaqramı, anlayışın çıxarılması, krassvord.

Resurslar: kompüter, proyektor, dərslik, xəritə, şəkillər (slaydlar), flipçart, marker, iş vərəqəsi.

Dərsin mərhələləri 

Motivasiya:

 

 

 

Müəllim şagirdlərə suallarla müraciət edir: 

- Siz hansı dünya dinlərini tanıyırsınz?

- İslam dini nə vaxt və kim tərəfindən yaradılıb?

- Ərəb xilafətinin tarixi hansı mərhələlərə bölünür?

- 508 il hakimiyyətdə olan islam cəmiyyətinin lideri Abbasiləri kim süquta uğradıb?

 

Müəllim:  “Dini liderin olmaması islam cəmiyyətini ciddi sınaq qarşısında qoydu. Monqolların ilk vaxtlar islam dinini sıxışdırması müsəlman cəmiyyətlərində çoxsaylı təriqətlərin və cərəyanların yaranmasına səbəb oldu. Bildiyimiz kimi, Ərdəbildə şiəliyi təbliğ edən Səfəviyyə təriqəti də məhz bu vaxtdan formalaşmağa başladı. Bu təriqətin və sülalənin adı kimlə bağlıdır? Bu sülalənin görkəmli nümayəndələrindən daha kimləri tanıyırsınız? XV əsrdə onlar Ərdəbildə öz mövqelərini möhkəmləndirə bildilər və daha fəal siyasətə keçdilər. İndi isə biz sizi bir neçə dəqiqəlik 1499-cu ildə Səfəvilərin gizli müşavirəsinə dəvət edirik”.

Üç şagird F.Kərimzadənin “Xudafərin körpüsü” əsərinin motivləri əsasında səhnə göstərir (Səhnədə XV əsrin sonundakı vəziyyət açıqlanır).

 


 

Tədqiqat sualı:

Təriqət ardıcılları qüdrətli, mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq üçün hansı yolu keçdilər?

Qruplar öz fərziyələrini təklif edir.

Qruplara tapşırıq verilir:

 

I  qrup:

1. Səfəvilər dövlətinin yaranmasında Şah I İsmayılın rolunu dəyərləndirin.

2. Sah I İsmayılı Əmir Teymurla Venn diaqramında müqayisə edin.

II qrup:

1.Şah I İsmayılın dövründə Səfəvi-Osmanlı münasibətlərini şərh edin.

2. Sah I İsmayılı Şəmsəddın Eldənizlə Venn diaqramında müqayisə edin.

III qrup:

1.Vahid Azərbaycan  dövlətinin yaradılması prosesinin başa  çatdırılmasını    dəyərləndirin.

2. Sah I İsmayılı  Uzun Həsənlə Venn diaqramında müqayisə edin.

IV qrup:

1. I Təhmasibin dövründə Səfəvi-Osmanlı münasibətlərini şərh edin.

2. Sah I İsmayılı ulu öndər Heydər Əliyevlə Venn diaqramında müqayisə edin.

 

Tədqiqatın aparılması: ( 7-10 dəq.)

Qrupların təqdimatları 

 

“Karusel” üsulundan istifadə edərək “Səfəvi dövlətinin siyasi quruluşunu və inzibati ərazi bölgüsünü araşdırmaq.

“Anlayışın çıxarılması” üsulundan istifadə edərək Səfəvi dövlətinin ordu quruluşunu şərh etmək.

 

Müzakirə

Ümumiləşdirmə və nəticənin cıxarılması (Səfəvilərin dövlət quruculuğu yolunda əsas rəqibləri kim idi? Səfəvi dövlətini siyasi quruluşuna görə hansı dövlətlərlə müqayisə edə bilərsiniz? Sizcə, Səfəvilər dövləti Ağqoyunlu və Qaraqoyunlu dövlətlərindən hansı əlamətlərinə görə fərqlənir? Sultan Süleymanın yürüşləri zamanı I Təhmasib qoşunları ilə nə üçün birbaşa döyüşdən çəkinmişdir? Bəs, bu dövrdə Avropa ölkələrində vəziyyət necə idi?).


 Müəllim tədqiqat sualına qayıdır və şagirdlərdən hansı qrupun fərziyəsi doğru olduğunu soruşur.


 Yaradıcı tətbiqetmə:

Əgər siz, Şah İsmayıl Xətai olsaydınız, Çaldıran döyüşünün qarşısını almaq üçün nə edərdiniz?

 

Refleksiya - Krossvord

Ev tapşırığı:

1. Şah I İsmayılın fəaliyyətini təhlil edib əvvəlki Azərbaycan hökmdarları ilə müqayisələr aparın.

2. Şah I Təhmasib ilə bağlı referat yazın.

3. XVI əsrin birinci yarısında Səfəvi -  Osmanlı müharibəsinin səbəblərini araşdırın.

4. Şah I Təhmasibi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edin.

 

Vaxt çatsa: “Şah İsmayıl Xətainin vəsiyyəti” adlı video nümayiş etdirmək, sonra isə şagirdlərə sualla müraciət etmək

- Şah İsmayıl hansı səhvləri təkrar etməməyi nəzərdə tuturdu?

 

Qiymətləndirmə meyarları: dəyərləndirmə, şərh etmə, müqayisə edərək dəyərləndirmə.

 

Meyarlar

I

II

III

IV

Tapşırığın yerinə yetirilməsi

 

 

 

 

Əməkdaşlıq

 

 

 

 

Təqdimetmə

 

 

 

 

Verilən cavabın tapşırığa uyğunluğu

 

 

 

 

Fəallıq

 

 

 

 

Ümumi nəticə

 

 

 

 

 

   İstifadə olunan mənbələr:

 

1. ”Azərbaycan tarixi”  - 10-cu sinif, dərslik. Bakı  2017

2. ”Azərbaycan tarixi”  - 10-cu sinif, Metodik vəsait. Bakı 2017

3. Fərman Kərimzadə “Xudafərin körpüsü”. Bakı 1983

https://az.wikipedia.org/wiki/Bak%C4%B1n%C4%B1n_m%C3%BChasir%C9%99si_(1501)

https://az.wikipedia.org/wiki/S%C9%99f%C9%99vil%C9%99r

https://az.wikipedia.org/wiki/S%C9%99f%C9%99vi-Osmanl%C4%B1_m%C3%BCnasib%C9%99tl%C9%99ri

 

Səfəvilərin yığıncağı:

 

İsmayıl: Mənə elə gəlir ki, hakimiyyət uğrunda mübarizəyə başlamaq vaxt yetişib. İndi hərc-mərclik dövrüdür, ağız deyəni – qulaq eşitmir.

Hüseyn Lələ bəy: Məncə, hələ tezdir. Sən hələ balacasan, sənin hələ 13 yaşın var.

İsmayıl: Mənim hələ yox, mənim, artıq 13 yaşım var.

Mirzə Əli: 13 günlük ayın işığı hələ zəif olur, qoy heç olmasa 14 günlük olsun, işığı bir az da artsın, bədrlənsin.

İsmayıl: 14 günlük olmamış bəlkə də ayın üzünü buludlar aldı, onda necə? 13 günlük ay işıq saçırsa, deməli aydı. Bir gün tələsmək, bəlkə də bir gün gecikməkdən daha xeyirlidir. Dövran qarışıqdı, günahkarlar, günahsızlardan qat-qat çoxdur. Qatillər, müftəxorlar taxtda oturub, torpaq becərənin isə təknədə çörəyi yoxdur. Sənətkarlar dolana bilmir. Tacirlər quldurların əlindən ticarət edə bilmir. Ağqoyunlu şahzadələri isə bir-birilə hakimiyyət uğrunda dava aparırlar. Eşitdiyimə görə yollar, şəhərlər, bazarlar dilənçilərlə doludur. Bu zəmanəyə biri sahib çıxmalıdır.

Mirzə Əli: Bu işin öhdəsindən gələ biləcəksənmi? Axı, biz hələ çox azıq. Özünə xəta toxunmayacaq ki?...

İsmayıl: Mirzə Əli, mən anadan olanda dünyaya yox, xətalar içinə düşmüşəm. Bunu hamı bilir. Amma həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O, xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq. İndiyə qədər çəkdiyim əzabların, düşdüyüm xətaların əvəzində tanrım mənə bundan sonra gözəl tale bəxş eləyib. Şairlik də o ilahi bəxşişlərdən biridir. Elə bilirsiniz, məni tanıyırsınız? Yox, tanımırsınız. İndi qulaq asın, görün, mən kiməm.


 Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,

Gövhərin yekdanəsindən irəli pərgar idim.

Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,

Yeri-göyü, ərşi-gürşi yaradan Səttar idim.

Gah hüsseyilən belə pustumu soydu qazilər,

Gah o Mənsur donuna girdim, “ənəlhəqdar” idim.

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,

Mən bu beytullah içində ta əzzəldən var idim.

On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,

Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim.

Dünyasından mən onun sirrini bilirdim, ol mənim,

Dəryanın altındakı sac qızdıran əngar idim.

Mən Xətaiəm haqqı haqq tanımışam bigüman,

Onun üçün ol yaratdı, mən ona dərgar idim


 Mirzə Əli
: Ey ilahi, sənin kərəminə şükür. Məni bu gün, bu dünyada da cənnətə çatdırdın, daha o dünyamdan bədgüman deyiləm.

İsmayıl: İndi mənim dediklərimə şərik olursanmı?

Mirzə Əli: Sənə şəkk gətirən kafirdi.

İsmayıl: Mənə elə gəlir ki, ilk zərbəni Şirvanşahlara vurmalıyıq. Lələ, Şirvana dərvişlər göndərmək lazımdı. Qoy onlar Şamaxıda zamanın sahibinin peyda olduğunu danışsınlar.

Lələ Hüseyn bəy: Bizimlə vuruşmaq üçün hazırlığa başlamazmı?

İsmayıl: Çingiz xanın, Əmir Teymurun  gəlişini biləndə vuruşa hazırlaşırdılar. Amma Sahibi əz Zaman Mehdi peyda olubsa, bilirlər ki, ona qarşı heç bir silah işlətmək olmaz. Onda əlləri-ayaqları soyuyacaq, çünki öz günahlarını yaxşı bilirlər. Görəcəklər ki, həmin günahlara görə bu dünyada da cəza var.

Dədə Bəy: And içirəm Qurani kəbirə, and içirəm Turk pirinin müqəddəs qəbrinə, and içirəm dostumuz Şeyx Heydərin üz qoyduğu torpağa, zamanın sahibinin bir sözü bizim yanımızda iki olmayacaq, onun bütün dediklərini canımız bahasına olsa da yerinə yetirəcəyik.


 

      Refleksiya:

 


 


 

 


 


 

 


 


 

 

 

Gülnarə TANQRIVERDİYEVA, 

Bakı şəhəri 177 nömrəli  tam orta məktəbin direktoru, tarix müəllimi


 

 


Tarix: 8-04-2022, 22:25

Xəbəri paylaş