Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müəllimlər üçün yeni vəsait







“Müəllim” nəşriyyatı tərəfindən Aydın Əzizov və Vaqif Mahmudovun müəllifliyi ilə “Riyaziyyat hamı üçün” adlı A5 formatında 556 səhifəlik yeni  kitab işıq üzü görmüşdür.
Kitab 13 bölmədən ibarətdir. Bu bölmələrdə ibtidai siniflərdə riyaziyyatın tədrisi metodikası ilə bağlı məsələlər və əyləncəli çalışmalar, orta məktəb riyaziyyatının bütün sahələri üzrə anlayış və düsturlar, həndəsədən xeyli sayda qurma məsələləri, maraqlı riyazi məlumatlar, praktik məzmunlu çalışmalar və testlər, riyazi üsulların tətbiqi ilə maraqlı hesablama üsulları və say sistemləri haqqında ətraflı məlumat öz əksini tapmışdır. Kitabda həmçinin, çoxluqlar, kombinatorika və ehtimal nəzəriyyəsinin elementlərinə dair kifayət qədər çalışmalar və onların həlli, istehsalat və məişət məzmunlu tarixi və əyləncəli, praktik məsələlər, o cümlədən  orta məktəbin riyaziyyat kursunda tətbiq olunan qaydalar və düsturlar, bir sıra maraqlı məlumatlar verilmişdir.
Riyazi biliyin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə, hər şeydən əvvəl,  fənnin tədrisi yollarını müəy¬yənləşdirmək və mövzudan asılı olaraq rəngarəng vasitələrdən istifadə etmək lazım gəlir. Məktəbdə şagirdlərin riyazi qabiliyyətlərinin inkişafında digər pedaqoji təd¬birlərlə yanaşı, riyaziyyat dərnəkləri də mühüm rol oynayır. Bu məqsədlə kitabdan riyaziyyat dərnəklərinin işinin daha da yaxşılaşdırılması məqsədi üçün də istifadə edilə bilər.
“Riyaziyyat hamı üçün” kitabı riyaziyyat müəllimlərinə, riyaziyyata xüsusi maraq və həvəs göstərən şagirdlərə, həmçinin müstəqil məsələ həll etmək bacarığına yiyələnmək istəyənlərə köməklik məqsədi ilə yazılmışdır. Kitabdan tam orta, orta ixtisas və ali məktəblərin, liseylərin, gimnaziyaların, kolleclərin şagird, tələbə və müəllimləri geniş şəkildə istifadə edə bilər.








Tarix: 5-01-2022, 15:48

Xəbəri paylaş