Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qaliblərin mükafatlandırılma mərasimi keçirilib

 


Fevralın 17-də “Sabahın alimləri” VI Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov gənclərin elmi potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən “Sabahın alimləri” müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib. Nazir müavini şagirdlərin elmi yaradıcılığı, onların tədqiqat aparması baxımından elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini vurğulayıb.
Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə seçilən qaliblər təqdim olunub.
Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri “İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ən yaxşı layihə müəllifi olaraq seçiliblər.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

www.edu.gov.az


Tarix: 14-03-2017, 10:46

Xəbəri paylaş