Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dili və ədəbiyyat dərslərində fəal təlimdən istifadə

 

Nahidə ƏHMƏDOVA,
Bakı Modern Təhsil Kompleksinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Fənn: Azərbaycan dili V sinif
Mövzu: Kəndxuda və muzdur (Defislə yazılan mürəkkəb sözlər)
Məzmun standartları:
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir.
2.1.1. Lüğətdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.
Təlim nəticələri: (məqsəd)
• Mətndə qarşılaşdığı yeni sözlərin izahını lüğətdə verilmiş izahla müqayisə edir;
• Mətndə sətiraltı ifadə olunmuş cümləni izah etməklə əsas fikri müəyyənləşdirir;
• Mürəkkəb sözlərin yaranma yollarını izah edir;
• Mürəkkəb sözlərin defislə və bitişik yazılış qaydalarına əməl edir.
Dərsin tipi: İnduktiv (yeni bilik verən dərs)
İş formaları: Kollektiv, qruplarla, cütlərlə, fərdi
İş üsulları: Beyin həmləsi, müzakirə
Resurslar: Dərslik, DVD, şəkillər, iş vərəqləri
Fəndaxili inteqrasiya: Standart.2.2.3. Mətnin tərkib hissələrini fərqləndirir.
Dərsin gedişi:
Slaydda verilmiş şəkillərə uyğun sözləri səsləndirirəm. Şagirdlərə müraciət edirəm, onların fərziyyələrini dinləyirəm.
Bu ifadələr sizə tanışdırmı?

Motivasiya.
“Kitabi-Dədə Qorqud” dastanından bu şeir parçasını oxuyuram. “Kəndxuda və muz­dur” hekayəsinin məzmunu ilə bu şeir parçasını əlaqələndiririk.

Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya...


Tədqiqat sualı:
Bizə bəxş olunan ömrü necə yaşamalıyıq ki, həmişə xatırlanaq?

Tədqiqatın aparılması

Mətni şagirdlərə hissə-hissə oxutdururam. Şagirdlər sualları mətndaxili cavablandırır. Mətnə uyğun bir neçə atalar sözlərini səsləndirmələrini təşkil edirəm. Bu, şagirdlərdə situasiyaya uyğun atalar sözü və məsəl seçmək bacarığını inkişaf etdirir.
Eyni zamanda mətn oxunarkən rast gəlinən yeni sözlərin mənasını cümlənin kontekstinə əsasən müəyyənləşdirir və lüğətdəki sözlərlə müqayisə edirlər. Rəncbər, kəndxuda, cüssə, heybətli, hovur. Hekayədə verilən fikirlərlə insanın real həyatı arasında əlaqə yaradılır, həyatın da müvəqqəti yuxu olduğu vurğulanır.
Məlumat mübadiləsi.
• Mətndə rast gəldiyiniz kəndxuda, rəncbər, heybətli, cüssə, hovur sözlərini lüğətin köməyi ilə izah edin.
• Gənc rəncbərin son sözlərini izah edin.
• Mətndə rast gəldiyiniz mürəkkəb sözləri qeyd edin.

Hekayədəki mürəkkəb sözləri necə müəyyən etdiniz?
Suala cavab tapmaq üçün ayrılmış qruplara qrup işlərini təqdim edirəm.

Şanapipik qrupu.
1. Mürəkkəb sözləri sadə sözlərə ayırın:
qızılgül, ürəyiaçıq, yastıdaban, qısaqol, qaramal, ağbəniz, xoşbəxt, kəklikotu, meşəbəyi, qaratoyuq, aşsüzən, boşqab.
1-ci sadə söz
........................................ .................................... ........................................
2-ci sadə söz
........................................ ....................................... .......................................

2. Hər cümlədə mürəkkəb sözü tapın. Tərkibində mürəkkəb söz olan bir cümlə yazın.
Qaş qaralanda şələquyruq tülkü kəndə tərəf gö­türüldü.
Aşsüzən mətbəx əşyasıdır.
Yeni gələn şagird girdəsifət və uzunsaçlı idi.
İtburnu faydalı bitkidir.
Ağacdələn qrupu
1. Aşağıdakı sözlərin içərisindən mürəkkəb sözləri seçin və onlardan ikisini cümlədə işlədin.
Kəklikotu, qarışqa, istiot, meşəbəyi, ucaboy, ipəkqurdu, yardım, enlikürək, düymə, güllü.
...................................................................................
...................................................................................
...................................................................................
2. Sağ sütundakı sözlərdən sol sütundakı sözlərə uyğun gələni əlavə etməklə mürəkkəb söz düzəldin. İki sözü cümlədə işlədin.
Boş göz
..............................................
İt quyruq
...............................................
Qızıl bucaq
...............................................
Çəp dələn
................................................
Şələ burnu
................................................
Ağac gül
.................................................
Kəklik göz
................................................
Üç otu
.................................................
Ac qab
.................................................


Dəvəquşu qrupu
1. Verilmiş sözlərə başqa sözlər əlavə etməklə mürəkkəb sözlər düzəldin.
Sarı+...................g.................
Qara+.................g.................
Qırmızı+.............g.................
Çəp+..................g.................
Qısa+.................g..................

2. Əlamət və ad bildirən sözlərdən əmələ gələn mürəkkəb sözləri seçin və ikisini cümlədə işlədin.

Yastıdaban, göydəndüşmə, əyripəncə, dəvəquşu, açıqürəkli, qaraqaş, quzuqulağı, giləmeyvə, ağsaqqal.
.....................................................................................................................................................

Mürəkkəb sözlər bitişik və ya defislə yazılır.
• Yaxınmənalı və ya əksmənalı sözlərin birləşməsindən əmələ gəldikdə: gec-tez, adət-ənənə.
• Sözlərin təkrarından yarandıqda: qaça-qaça, az-az.
• Tərkibindəki sözlərdən biri və ya hər ikisi leksik mənaya malik olmadıqda: tör-töküntü, kağız-kuğuz.
• Birinci tərəfi “qeyri”, “əks”, “super” və s. bu kimi sözlərdən ibarət olduqda: qeyri-müəyyən, əks-təsir, super-market

Ev tapşırığı:
  Mürəkkəb sözlər işlətməklə  kiçik həcmli hekayə qurun.шаблоны для dle 11.2