Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin!


 

Azərbaycan Respublikasının Birin­ci vitse-prezidenti Mehriban Əli­yeva Bilik Günü münasibətilə mək­təb­liləri və tələbələri təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

 “Əziz məktəblilər və tələbələr!

 Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!”.


Tarix: 15-10-2021, 16:17

Xəbəri paylaş