Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı məktəblisinin uğurları

 

Rəşid Şahin oğlu Xudaverdiyev 2003- cü il avqus­tun 3-də Bakı şəhərində anadan olub. Hazırda 74 nömrəli tam orta məktəbin şagirdidir. Kiçik yaşlarından idmana, xüsusən də onun karate növünə böyük marağı var. 2009-cu ildən karate ilə məşğul olmağa başlayıb. Müəllimi Şahin Xudaverdiyevin rəhbərliyi ilə 2010-cu ildə Rusiyanın Rostov şəhərində uşaqlar arasında keçirilən çempionatda ilk qızıl medalını qazanıb. Rəşid finalda erməni rəqibini məğlub edib. 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında WKF növü üzrə üçüncü yerə layiq görülüb. Karatenin WSKU növü üzrə isə qızıl medal qazanaraq dünya çempionu titulunu qazanıb. 2014-cü ildə Ukraynada keçirilən “Xarkov Open” Beynəlxalq turnirində gümüş medala sahib olub.
2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında bürünc, Bakıda keçirilən “Caspian Cup” turnirində isə qızıl medal qazanıb. 2016-cı ildə dan qara kəmərə layiq görülüb. 2017-ci ildə Respublika çempionatında III, Qaradəniz və Xəzəryanı ölkələrin çempionatında isə birinci yerə sahib olub.
Rəşid növbəti yarışlara hazırlaşır. Ümid edirik ki, o, növbəti uğurlara imza atmaqla Azərbaycan bayrağını yüksək zirvələrdə dalğalandıracaq. Ona uğurlar arzulayırıq.
  "Təhsil"шаблоны для dle 11.2