Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məhəmmədin uğur formulu

 

  Ölkəmizdə təhsilalanların elmi potensialının üzə çıxarılması, onların bilik və qabiliy­yətlərinin  hərtərəfli dəs­­təklənməsi sayəsində şagirdlərimiz öz uğurları ilə təhsil ictimaiyyətimizi sevindirməkdədir. Belə şagirdlərimizdən biri də Məhəmməd Məmmədovdur.
Məhəmməd Qurban oğlu Məmmədov 2003-cü il avqus­tun 13-də Gəncə şəhərində anadan olub. 2009-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Hazırda həmin məktəbin IX sinfində oxuyur. 2015-2016 -cı illərdə professional kompüter kursların maksimum nəticə ilə qırmızı diplomla bitirib.
2017-ci ildə Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi tərəfindən keçirilən "Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək" adlı layihədə məktəb komandası ilə iştirak edən Məhəmməd digər yoldaşlarından daha fəallığı ilə seçilib və diplomla təltif olunub.
Ötən ilin mayında Sabunçu Rayon Gənclər İdarəsi tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Videoçarx" müsabiqəsində I yerə çıxıb və diploma layiq görülüb.
2017-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquq­ları üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən "Uşaq Hüquqlarının Pilləli Tədrisi" kursunu da bitirərək sertifikatla təltif olunub. Bütün bu uğurlarını nəzərə alan məktəb rəhbərliyi Məhəmmədi fəxri fərmanla təltif edib. "Bakı Torpaq" Məhdud Məsuliy­yətli Cəmiyyəti tərəfindən keçirilən müsabiqədə "Ən ideal eskiz layihə" nominasiyası üzrə I yerə layiq görülərək yenə diplomla təltif edilib. Məhəmməd ötən ilin noyabrında "Tarix-coğrafiya" fənn aylığı çərçivəsində məktəbdə keçirilən breyn-rinq yarışmasında yoldaşları ilə birlikdə IV yeri tutub.
2018-ci ilin fevralında Məhəmməd məktəb yoldaşı Firudin Əlizadə ilə birlikdə hazırladığı "Adi Dam Örtüyündən Fərqi Olmayan Günəş Paneli" və "Azerbaijan" Residence layihəsi "AV GROUP LAYİHƏ VƏ DİZAYN" Mərkəzi tərəfindən dinlənilmiş və şagirdlərin bu sahəyə marağı müsbət qiymətləndirilmişdir. Məhəmməd və Firudin, eləcə də bu layihənin ərsəyə gəlməsində yaxından iştirak edən Aynur Qəhrəmanova təşəkkürnamə ilə təltif olunublar.
Bunlardan əlavə Məhəmməd bir neçə müsabiqədə də uğurla iştirak edib. Bunlar "Sabahın alimləri" Respublika müsabiqəsi və "GOLDENBAYT 2018" Beynəlxalq müsabiqələridir. Onu da qeyd edək ki, Məhəmmədin "Sabahın alimləri" Respublika müsabiqəsinə qatıldığı layihə (Adi Dam Örtüyündən Fərqi Olmayan Günəş Paneli - "Azerbaijan Residence) Avropada məşhur olan "E-Qual Bouw" şirkəti tərəfindən və Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkət tərəfindən rəsmi şəkildə bəyənilib.
Məhəmməd idman sahəsində də uğurları ilə seçilir. Ötən il üzvü olduğu Kontakt Karate Federasiyasının keçirdiyi kəmər imtahanından uğurla keçərək VIII KYU (sarı kəmər) dərəcəsinə yüksəlib. Bakı Karate-Do akademiyası tərəfindən keçirilən "İLİN YEKUNLARI 2017" adlı tədbirdə Məhəmmədin illik fəaliyyəti və uğurları nəzərə alınaraq sertifikatla təltif olunub.
Məhəmmədin gələcəkdə məqsədi təhsil sahəsində olan uğurlarını daha da artıraraq vətəninə və millətinə xidmət etməkdən ibarətdir.
  «Təhsil» шаблоны для dle 11.2