Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Alimlər STEAM Azərbaycan Festivalında təqdim olunan layihələrlə yaxından tanış olublar




Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, İdarətmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, həmin institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov Bakı Ekspo Mərkəzində olublar.
Alimlər Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2022) çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Beynəlxalq festivalda ümumilikdə 350 komanda üzrə 1312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.
Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək. 2019-cu ildən Elm və Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

www.science.gov.az 


Tarix: 7-12-2022, 21:41

Xəbəri paylaş