TEXNOLOGİYA DƏRSLƏRİNDƏ NAXIŞTİKMƏNİN YERİNƏ YETİRİLMƏSİNİN ÖYRƏDİLMƏSİ METODİKASI

Rəna MƏMMƏDOVA, Arzu KƏRİMOVA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Fizika fakültəsinin Texnologiya kafedrasının
baş müəllimləri
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin, xalqımızın qarşısında duran əsas tələblərdən biri də milli dəyərlərimizi inkişaf etdirməklə, bu ənənəni qoruyub saxlamaq, hərtərəfli araşdırmaqdır. Bu məsələnin həllinin həyata keçirilməsində, daha ətraflı tanıdılmasında əsas rol ali və orta məktəblərin, dərnəklərin, milli ənənələrimizə marağı olan xanımlarımızın üzərinə düşür. Milli dəyərlər bədii zövq və ideyaları əks etdirərək, hər bir xalqın milli özünə məxsusluğunu, məharətini üzə çıxarmağa kömək edir.
Milli dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, onun mənəvi inkişafına stimul olan davranış qaydalarının məcmusudur. Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya xalqları içərisində qədim mədəniyyətə malik xalq kimi tanınmaqdadır. Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev həmişə maddi və mənəvi mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərmişdir. Ümummilli Lider xalqın qədim milli-mənəvi dəyərlərini müasirliklə əlaqələndirərək deyirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”.
Xalq sənətinin ən populyar növlərindən biri olan tikmənin yaranması ibtidai mədəniyyətə aiddir və heyvan dərilərindən paltar tikərkən ilk tikişin yaranması ilə bağlıdır. İcrası üçün heç bir mürəkkəb qurğu tələb etməyən tikmə ornamenti artıq qədim zamanlarda istifadə edilmişdir. Təbii ki, ictimai inkişafın bu mərhələsində tikmənin keyfiyyəti, əsasən, yalnız onu yaradan şəxsin fərdi qabiliyyətləri ilə müəyyən edilirdi. Əsilzadələr üçün hazırlanmış tikmələr naxışın mürəkkəbliyi, həyata keçirilməsi üçün xeyli vaxt tələb etməsi və istifadə olunan materialların baha olması ilə seçilirdi.
Tikmə məişətlə, əməklə, təbiətlə sıx bağlı olduğundan həmişə bədii zövq və ideyaları əks etdirərək, hər bir xalqın milli özünə məxsusluğunu, məharətini üzə çıxarmışdır.
Texnologiya dərsləri estetik tərbiyənin inkişafında qüdrətli vasitədir. Xüsusilə parça üzərində müxtəlif tikmələrin tikilməsi, muncuqla, piləklə bədii naxışların salınması zehni yorğunluğu götürür, xoş əhval aşılayır, hissləri oyadır. Bütün bunlar isə milli geyimlərimizi, adət-ənənələrimizi özününküləşdirmək istəyən qonşu xalqlara cavab verəcək hər şeydən xəbardar olan nəslin formalaşmasna kömək edir.

Estetik tərbiyə milli ruhla çox bağlıdır. Qədim keçmişimizdən bu günə qədər gələn adət-ənənələrimizi özündə cəmləşdirən milli geyimlərimiz xanımlıq, ismət və qeyrət rəmzləri kimi şagirdlərə öyrədilməlidir. Bu cür hisslər şagirdlərə xoş təsir bağışlayır, onları saflaşdırır, yaxşı əməllərə yönəldir, milli dəyərlərimizlə qürur duyur.
Naxıştikmə müəyyən ardıcıllıqla həyata keçirilir: motivlərin seçilməsi - motivin parçaya köçürülməsi - tikmə növünün seçilməsi - tikməyə uyğun muleyn sapların və alətlərin seçilməsi - hazır məhsul.
Naxıştikmə kursunun məzmunu aşağıdakı bölmələr üzrə müəyyən edilir: naxışın parçaya köçürülməsi,hesab naxıştikmə, qabarıq naxıştikmə, muncuq tikmə kimi mövzuları əhatə edir.
Sinifdə şagirdlər naxıştikməyə dair yaradıcı layihələr həyata keçirərkən bu bölmələrdə bilik əldə etməli, bacarıqlara yiyələnməlidirlər.
Təcrübə baxımından naxıştikmənin texnologiyalarının öyrədilməsinə xidmət edən dərslərdə rollu oyunlardan istifadə etmək olar. Hər bir şagird tədris prosesində rəssam, dizayner, texnoloq, bütün fəaliyyət növlərinin iştirakçısı olmalıdır ki, bu da onun sonrakı peşə hazırlığının əsasını, bünövrəsini yaradır.
Bu zaman texnologiya dərslərində aşağıdakı əsas tələblərə mütləq riayət olunmalıdır:
1) dərs zamanı əsas təhsil məqsədlərinin aydınlığı və əlçatanlığı;
2) bütövlükdə dərs üçün və onun hər bir hissəsi üçün tədris materialının düzgün seçilməsi (nəzəri materialın təqdim edilməsi və möhkəmləndirilməsi, şagirdin praktiki işinin təşkili və s.). Material dərsin məqsədləri və mövzusu, şagirdlərin əvvəlki hazırlıq səviyyəsi əsasında seçilir. Sinifdə praktiki işin təşkili üçün şagirdlərin hazırladıqları tikmə motivlərinin, tikmələrin seçilməsi üçün texnoloji prosesin işlənməsi çox vacibdir;
3) tədris materialının xüsusiyyətlərini, şagirdlərin hazırlıq səviyyəsini, maddi təchizat, müəllimin özünün təcrübəsini nəzərə alaraq, dərsin hər bir mərhələsi üçün ən uyğun tədris metodlarının seçilməsi;
4) dərsin təşkilati aydınlığı: vaxtında başlama və bitirmə, hər bir mərhələ üçün vaxtın ayrılması və s.;
5) dərsin məqsədlərinə nail olmaq, tədris materialının bütün şagirdlər tərəfindən mənimsənilməsi, dərsin inkişafetdirici və tərbiyəvi funksiyalarının yerinə yetirilməsi.
“Naxıştikmə texnologiyası” bölməsinə daxil olan mövzuların tədrisi prosesinin təşkilinin əsas forması kombinəedilmiş dərs növüdür. Naxştikmə texnologiyalarının tədrisinə həsr olunmuş dərslərdə nəzəri və praktiki dərslərin elementlərini birləşdirən dərs növündən istifadə olunur. Kombinəedilmiş dərs praktiki işin yerinə yetirilməsi üçün zəruri ilkin şərtlər yaradır. Mövzunun xüsusiyyətlərini, şagirdlərin hazırlıq səviyyəsini, məktəbin maddi təchizatını nəzərə almaqla, dərsin hər bir mərhələsi üçün ən uyğun tədris metodlarının seçilməsi məqsədə uyğundur.
Təlim prosesində şagirdlərə praktiki iş üçün müəyyən miqdarda texniki məlumat vermək vəzifəsi yaranır. Dərslərin keçirilməsində ən çox istifadə olunan üsullardan biri izah və söhbətdir.
Mövzunu izah edərkən nəzəri məlumat kursun bölmələrində yeni materialla tanış olduqda, praktiki iş yerinə yetirməzdən əvvəl, iş ardıcıllığının yerinə yetirilməsi üçün motivlər, rəsmlər, müxtəlif motivlərdə işlənmiş naxış salma jurnalları, tikişlərin, ilk ilmənin işlənməsi və tikmələrin işlənməsi nümunələri, tikmə janrları toplusu, kitablar, həmçinin lövhədə eskizlər kimi əyani vəsaitlərdən istifadə olunmalıdır.
Söhbət zamanı naxıştikmənin tarixi, milli motivlərlər, tətbiqi sənət və s. haqqında kitablardan, jurnallardan, videolardan, film lentlərindən, dərsliklərdən, slaydlardan illüstrativ materiallardan istifadə edilə bilər.
Belə ki, ümumi izahat, müxtəlif əyani vəsaitdən istifadə və s. çox vaxt gözlənilən nəticəni vermir. Texnologiya dərslərinin yüksək səviyyədə öyrənilməsində praktik dərslərin əhəmiyyəti əvəz olunmazdır. Orta məktəblərdə texnologiya fənninin tədrisi imkan verir ki, şagirdlər hələ erkən yaşlarından müxtəlif əl işlərinin gözəlliyini və təkrar olunmazlığını hiss etməklə yaradıcılıq və anlamaq imkanına malik olsunlar.
Hər bir şagirdin praktik bacarıqlarını üzə çıxarmaq üçün onlara həm fərdi, həm də qrup şəklində kömək etmək olar. Bunun üçün parça emalı texnologiyalarının daha dərindən öyrədilməsinə, daha maraqlı olmasına xidmət edən dərslərdə rollu oyunlardan istifadə etmək olar.
Məsələn, vərdişlərinin inkişafına xidmət edən tapşırıqlardan nümunəyə üstünlük vermək lazımdır. Bu mövzu ətrafında tapşırıqların yerinə yetirilməsi şagirdlərin fəaliyyətini özündə əks etdirir ki, məqsəd müəyyən bilik, bacarıq və vərdişləri qazandırmaqdan ibarətdir. Bu tərzdə tapşırıqların yerinə yetirilməsi müxtəlif zaman müddəti tələb edir ki, bu da tapşırığın məzmunundan irəli gəlir, bunlar isə adətən öz həcminə görə çox da böyük olmamalıdır.
Şagirdlərin topladıqları məlumatlardan naxıştikmə istiqamətində mövzular üzrə inşaların və yaradıcı layihələrin icrasında istifadə edilməlidir.
Yaradıcı fəaliyyətə tikməyə aid jurnallar ilə işləmək, tikmələrin tarixi, moda, naxışların bədii tərtibatı, sənət və sənətkarlıq haqqında məlumatların toplanması üzrə müstəqil iş, habelə seçdikləri mövzu və obyektlərə uyğun olaraq yaradıcı layihələrin həyata keçirilməsi daxildir.
Tikməyə başlamazdan əvvəl parça və ya kanva əriş və arğac sapları üzrə düzəldilir. Parçanın kənarını düzəltmək üçün kənardan bir sap dartılıb çıxarılır və onun izi ilə parçanın artığı kəsilir. Məmulatın enini və uzununu da bu qayda ilə qeyd etmək olur.
Parça və ya kanva üzərində naxışın necə yerləşməsi qeyd olunur, sonra naxışı köçürürlər. Bundan sonra parça gərgahın (kərkəf və ya sağanağa) birinci hissəsinin üzərinə sərilir, sonra ikinci hissəsi qoyularaq kənar hissəsi vintlə bərkidilir. Sonra parçanın səthinin düz (tarım ) olması üçün düzəldilib kənarlara çəkməklə gərilir. Çox vaxt süfrənin və ya salfetin qatlanmış kənarı üzrə zolaq şəklində naxış salırlar. Bu zolaqlar üzrə məmulat kvadratlara və ya düzbucaqlılara bölünür və əsas naxış onların içərisində yerləşdirilir və tikilir. Naxışı parçanın üzərinə köçürməzdən öncə bu zolaqların - kvadratların və ya düzbucaqlıların yerləşməsini qeyd edir və parçadan bir sap çıxarırlar. Nəticədə məmulatın səthi kvadratlara və ya düzbucaqlılara bölünəcəkdir. Bundan sonra parçadan sapların çəkilməsi ilə alınmış xətlər arasında əsas naxış yerləşdirilir. Əsas naxış işləndikdən sonra dartılıb çıxarılmış sapların izi ilə hər hansı tikiş gedilir. Naxışlar həndəsi formalı və parçanın sapları aydın toxunuşludursa, onda tikməni parçanın saplarını saymaqla tikmək olar.
Tikmə zamanı parçanın quruluşundan asılı olmayan tikişlərdə naxışın parçaya köçürülməsi tələb olunur. Köçürmə surətçıxarma kağızının köməyi ilə işıqla, papiros kağızı ilə,n axışın trafaretlə (naxış ülgüsü) köçürülməsi ilə, şəklin, naxışının böyüdülməsi və ya kiçildilməsi və s. yerinə yetirilir.
Geyimlərin hissələrinin tikmə ilə bəzənməsində ən rahatı hissələr biçilənə qədər və ya biçilmiş hissələr üzərində tikməni işləməkdir. Birinci halda parça üzərində məmulatın hissəsinin ülgü üzrə konturu qeyd olunur, sonra naxış köçürülür və onu tikirlər. Ancaq bundan sonra hissə biçilir. Bir çox məmulatların bəzənməsi prosesində də tikmələrin bu cür işlənməsi rahatdır.
Mürəkkəb olmayan naxışları hazır məmulat üzərinə tikmək olar. Bu halda parçanın altına karton vərəq və ya taxta lövhə qoymaqla naxışı köçürürlər ki, məmulat korlanmasın.
Tikmə ilə sadə geyimi çox gözəl, qeyri-adi bir geyimə çevirmək olar. Bütün tikmə işləri cəlbedici və maraqlı görünür və geyimi fərdiləşdirir. Ən effektli və qeyri-adi görünüşü ilə muncuqlarla olan tikmə xüsusilə seçilir. Muncuqlarla bəzək və tikmə işlərinə ən dəbli dizaynerlərin kolleksiyasında rast gəlmək olar. Muncuqlu tikmələri bütün növ geyim çeşidlərində istifadə etmək olar, məsələn, ziyafət geyimlərində, cins geyimlərdə, jaketdə, köynəkdə, ətəkdə və s.
Xülasə:
Məqalədə 7-ci və 8-cı siniflərdə naxıştikmə texnologiyası haqqında, məmulata, onun formasına, təyinatına uyğun motivlərin, ləvazimatların seçilməsi, parçanın, sapların, onların əl ilə tikilmə qaydaları haqqında ətraflı məlumat verilır. Estetik zövqün formalaşmasında bədii tikmələrin rolu araşdırılır.
Açar sözlər: Naxıştikmə, praktik bacarıq, əl ilə yerinə yetirilən tikişlər (su tikişi, iynə arxasına tikişi, tambur tikişi, çarpaz tikiş), naxışın parçaya köçürülməsi, muleyn saplar
Р.И.Мамедова, A.C.Kepимова. «Методика обучения вышивки на уроках технологии.
Аннотация:
В статье дана подробная информация о технологии вышивки в 7 и 8 классах, подборе мотивов и фурнитуры, подходящих к изделию, его форме и назначению, ткани, ниткам, а также правилам их ручного шитья.Исследуется роль художественной вышивки в формировании эстетического вкуса.
R.İ.Mammadova, A.S.Karimova. "Methodology of teaching pattern making in technology lessons
Summary:
The article provides detailed information about embroidery technology in the7th and 8th grades, the selection of motifs and accessories suitable for the product, its shape and purpose, the fabric, threads, and the rules of their manual sewing.The role of artistic embroidery in the formation of aesthetic taste is explored.
ƏDƏBİYYAT
1. Байбародова Л.В., Серебрянников Л.Н. Обучение технологии в средней школе: методическое пособие. М.: Владос, 2002.
2. Конышева Н.М. Методика трудового обучения младших школьников. М.: Академия, 2009.
3. Т.И. Еременко «Рукоделие», М,2012.
4. Марта Маннова «Вышивка», М,2011.
5. A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi. Bakı 2009
6. P.Ə.Əzizbəyova. Azərbaycan tikmələri, M,2014
7. “Texnologiya“ dərslikləri və metodik vəsaitlər (5- 9-cu siniflər)
"Təhsil" jurnalı
10.03.2026
Tarix: Bu gün, 11:15
Xəbəri paylaş