Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pedaqoji prosesdə təlimin məqsədlərinin reallaşdırılması


  
Şahrza Ağayev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl təhsil işçisi
 

Pedaqoji prosesdə təlimin məqsədləri uyğun olaraq: müəllimin fəaliyyətinin xarakterinə görə-öyrədici, tərbiyəedici, inkişafetdirici; idrak sahəsində əldə olunan nəticələrin səviyyəsi üzrə - Blum taksonomiyası. Yəni bilmə, anlama, tətbiqetmə, təhliletmə, tərkibetmə, dəyərləndirmə; idrak proseslərin səviyyəsinə  görə -hafizə, təfəkkür-məntiqi, tənqidi, yaradıcı olduğu pedaqoji ədəbiyyatlarda təsbit olunur.

Şaxələnmiş səciyyə daşıyan təlimin məqsədlərinin həyata keçirilməsində çoxlu yanaşmalar, strategiyalar, metodlar,üsullar,vasitələr tətbiq edilir. Müəllim üçün başlıca şərt qarşıya qoyulan təlim məqsədlərinə müvafiq olaraq pedaqoji prosesin tamlığını təmin etməkdir. Məsələn: "Kağızın qatlanması, kəsilməsi və yapışdırılması” mövzusu tədris olunarkən pedaqoji prosesin tamlığını özündə ifadə edən komponentlərini belə təxmin etmək olar.
Təlim:- kağızı kəsmək yolları, onu qatlama və hamarlama aləti ilə istifadə priyomları, həcmli əşyaların konstruksiyalaşdırılması;
Təhsil:- çertyoja uyğun işləmək bacarığının möhkəmləndirilməsində lazım olan biliklər;
Tərbiyə:- kollektiv fəaliyyət,tapşırılmış işə məsuliyyət, səliqəlilik, intizam, estetik zövq, əmək mədəniyyəti, ekoloji, iqtisadi yanaşmalar, tullantısız məmulat hazırlamaq kimi münasibətlərin formalaşması;
İnkişafetdirici:- nişanlama, kəsmə, qatlama, yapışdırma zamanı əl hərəkətlərinin koordinasiyası, təsəvvürün fəza anlayışları, yaradıcı və konstruktiv bacarıqlar, icra qabiliyyətləri, idrak fəaliyyəti.
Qeyd olunan nümunədən analoji olaraq bütün tədris mövzuları üçün layihə kimi faydalanmaq olar.Müəllim təlim hazırlığını planlaşdırarkən hər bir şagirdin meyl və maraqlarını öyrənməyə müvəffəq olmalıdır. Təlim iştirakçılarının gələcək peşə seçimləri ilə əlaqədar maariflənmə tədris prosesində həllini tapmalıdır. Peşələr sosial tələbatlar nəticəsində artır,yeniləşir, biri digərini əvəz edir.
Dünyada mövcud olan peşələr beş istiqamətə bölünür:
İnsan-insan:burada əməyin əsas məzmununu qarşılqlı münasibətlər,təsir əlqələrinin qurulması təşkil edir. Bu tip peşəyə uyğun gələn aşağıdakı mənəvi keyfiyyətlərin şagirdlərə aşılanması müəllimin pedaqoji prosesin tamlığının təmin olunması ilə şərtlənir: xoş əhvali-ruhiyyənin olası;insanların məqsəd və niyətlərini başa düşmək;onların qarşılıqlı münasibətlərini araşdırmaq bacarığı;insanların şəxsi keyfiyyətlərini öyrənmək; səbr, hövsələ, təmkin, mülayimlik, insanları dinləməyi bacarmaq; konkret istehsal, elm, texnika, incəsənət sahəsi üzrə meyl və marağ nümayiş etdirmək.
İnsan-təbiət:bu sahənin əsas xüsusiyyəti təbiətə sevgi,ona öz yaradıcı emalatxanası kimi münasibət bəsləmək ruhunda şagirdin tərbiyə olunmasını həyata keçirir.Tədris olunan bütün fənlərin şagirdlərə bitkilərə,canlı aləmə,ekoloji mühitə qarşı maraq yaratmaq üçün müvafiq bilik vermək imkanı vardır.
İnsan-texnika:texniki obyektlərin emalı, çevrılməsi, yerdəyişməsi, qiymətləndirilməsi ilə bağlı şagirdlərin texnoloji biliklərin qazanılmasında ,,Texnologiya”fənn kurikulumun geniş imkanları vardır.Müəllim təlım hazırlığını planlaşdırarkən şagirdlərin texnoloji bilik və bacarıq qazanmalarını təmin etməlidir.
İnsan-işarələr sistemi:indi dünyada rəqəm,kod,şərti işarə,çertyoj,bədii və süni dillərdən ibarət fəaliyyətlər geniş vüsat almışdır.İKT-nin geniş tətbiqi fəalıyyətimizi demək olar ki,işarələrlə qurmağı zəruri etmişdir.İşarələrdən faydalanmadan təlim işini qurmaq mümkün deyildir. Bağça həyatından təhsillənməyə başlayan uşaq ilk gündən müxtəlif işarələrin dilini öyrənməklə həyatı dərk etməli olur.Hərflər,rəqəmlər,kimyəvi işarələr,riyazi və fiziki düsturlar,texniki işarəlr və s. bu sistemin tərkib hissəsi olub şagirdlərin bilik, bacarıq və vərdişlər qazanılmasında başlıca təlim mənbəyi olub müəllimin bu cəhətdən işini səmərəli qurmağa geniş imkanlar yaradır.
İnsan-bədii obraz:-tip peşələr incəsənət,musiqi,bədii ədəbiyyat,aktyor,səhnə fəaliyyətini əhatə edir.Demək ümumtəhsil fənlərinin tədrisi şagirdlərin bu peşə sahəsinə olan meyl və maraqlarını öyrənmək,təhlil etmək və düzgün seçimlərini aparmağa əsas verir.Müəllim təlim prosesində bu cəhət dən şagirdləri diaqnostik olaraq həmişə qiymətləndirməlidir.Açıq etiraf olunmalıdır ki,biz şagirdləri şüurlu olaraq həyata hazırlamaq istiqamətində dəyərli təlim işləri aparmaqda çətilik  çəkirik.Ümumtəhsil məktəblərinin keyfiyyət səviyyəsini ali məktəblərə daxil olan şagirdlərin sayı ilə müəyyənləşdirmək bütövlükdə yanlışlıqdır.Tərbiyə şagirdlərdə həyata düzgün münasibət formalaşdırmaq funksiyasını daşıyırsa,təlimdə isə həmin funksiyanı icra etmək üçün istifadə olunur.Demək şagird şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıyan tərbiyə üçün təlım başlıca vasitədir.Təlimsiz tərbiyə mümkünsüzdür.Aparılan test sorğuların nəticələri göstərir ki, müəllimin təlim hazılığı əsasən ixtisas fənnindən tədris vahidinə daxil olan materiallarin ənənəvi,ya da interaktiv metodlarla şagirdlərə deklorativ bilik verməkdən ibarətdir.Burada başlıca məqsəd test tapşırıqlarının düzgün cavablandırılmasına nail olmaqdır.Şagirdin həyata düzgün hazırlanması dövlətin təhsil siyasətinin icrası deməkdir.Müəllim təlim hazırlığının bütün mərhələlərində bu amala xidmətin səviyyəsi ilə fəaliyyətini dəyərlədirməyi bacarmalıdır. O, müəyyənləşdirməlidir ki, yetirmələrinin "İnsan-insan”, "İnsan-təbiət”, "İnsan-texnika”, "İnsan-işarələr sistemi”, "İnsan-bədii obraz” - tip peşələr üzrə meyl və maraqları, seçimləri hansı səviyyədədir. 

Tarixi təcrübəmizdən aydın olub ki,pedaqoji prosesdə şagidlərin mövqeyi öyrənilmədən həmişə müvafiq qərarları ancaq müəllim özü qəbul etmiş olur. Belə yanaşma ilk növbədə metodoloji sənədlərdə qarşıya qoyulan vəzifələrin həllinə uyğun gəlmir,digər tərəfdən şagirdi passivliyə aparır.Müəllim təhsil alanları təlim prosesində tədqiqata,diskussiyaya cəlb etməli,müstəqil fikir yürütməyə istiqamətləndirməklə qazanmış olduqları bilikləri mühakimələri əsasında mənimsəməklə tətbiqinə nail olaraq daim faydalanmalarını həyata keçirməliddir.
Çin hikmətində ifadə olunan bu deyimlər müəllim hazırlığının şərtləndirilməsində mühüm əhəmiyyət daşıyır:Mənə de-mən yaddan çıxarım;Mənə göstər-mən yadda saxlayım;Məni cəlb et-mən öyrənim.
Müəllim təlim hazırlığını planlaşdırarkən pedaqoji prosesin komponentlərini özündə birləşdirən keyfiyyətlərin( idrakı, sosial və psixomotor bacarıqlar) təmin olunmasına nail olmalıdır.

İdrakı bacarıqlara-yaradıcı olmaq, fikir yürütmək, öyrənmək üçün sual vermək, fənn üzrə biliklərin əlaqəsini yaratmaq, müxtəlif mənbəələrdən istifadə etmək kimi keyfiyyətlər daxildir.
Sosial bacarıqlar-əməkdaşlıq, kollektiv fəaliyyətdə yaxından iştirak etmək, başqalarının fikrini dinləmək, öz düşüncələrini çatdırmaqda cəsarətli olmaq, qoyulan məsələlərdə yaradıcı və tənqidı münasibət bildirmək.

Psixomotor bacarıqlar-dinamik fəaliyyətlə müşahiyyət olunaraq,qazanılan biliklərə müvafiq tərzdə hərəkətlərin tənzimlənməsidir.
Müəllim pedaqoji prosesdə təlim hazırlığını üç vacib məsələyə aydınlıq gətirməklə işini səmərəli qurmalıdır.Şagirdlərə nəyi öyrətmək istəyir? Mövzu ilə əlaqədar şagirdlərin ilkin biliyi nədən ibarətdir? Bu iki məqamın arasında olan boşluğu doldurmağın hansı yolları var? Qeyd olunan məsələlərə çox vaxt müəllim aydınlıq gətirə bilmir.Buna əsas səbəb kimi müəllimin təhsildə tətbiq olunan pedaqoji innovasiyalar və təlim tenologiyalardan xəbərsiz olmasıdır.Biz yenilikləri öyrənməklə tərəqqiyə nail oluruq.Bununla belə qazandığımız zəngin təcrübələrimizdən imtina etməməliyik.
Azərbaycan xalqının qədim tarixi,mədəniyyəti,maarifçilik,xalq pedaqogikası ənənələri nəzərə alınaraq İslahat Proqramının tələblərinə uyğun şəkildə təlim prosesinə müasir texnologiyaların gətirilməsi və tətbiqi,yeni qiymətləndirməni zəruri etmişdir.
Müəllim dünya pedaqoji təcrübə tarixində uğur qazanan və məntiqə söykənən aşağıdaki amillərdən həmişə bacarıqla faydalanmağa çalışmalıdır.

Motivasiya:-yeni mövzuya keçməzdən əvvəl şaqirdləri əqli-psixoloji cəhətdən hazırlamaqdır.Şagirdin ən mühüm təlım motivi mənəvi təlabatdan irəli gəlir.Motiv stimulun şüurda əks olunmasıdır.Motivasiya zamanı müəllim şagirlərin fəaliyyətini elə təşkil etməlidir ki,yeni biliyi qazanılmasına gətirib çıxarsın.Motiv subyektiv, stimul obyektiv hadisədir.Motivlər müsbət və mənfi emosiyalardan doğur.
Oxumağın ictimaı və sosial mənasını dərk edən bu cəhətdən səy göstərən şagirdin motivi müsbətdir.Yalnız davamiyyətə görə məktəbə gedən şagirdin motivi mənfidir.Bu cəhətləri nəzərə alan müəllim şagirdlərdə qeyd olunan  müsbət emosiyalara əsaslanan motivlərin inkişafına nail olmalıdır:şagird problemlərin həllidən və onun uğurlu nəticələrindən həzz almaq;təlim əməyinin mahiyyətini dərk etmək; bilik, bacarıq və vərdişin əhəmiyyətini anlamaq;qusurları aradan qaldırmağa çalışmaq;həyatda layıq olduğu yerini tapmağa səy göstərmək ruhunda tərbiyə olunmaq.
Təlim marağı şagirdin tədris vahidinə daxil olan materiallara,öyrənilən biliklərə fərdi münasibətidir.Bu sahədə marağın yaranmasında və inkişafında müəllimin əvəzsiz rolu vardır.,,Meyl”və ,,maraq” anlayışlarının qoşa çəkilməsinə baxmayaraq müxtəlif funksiya daşıyırlar.
,,Meyl”şagirdin fənnə, biliyə deyil, müəyyən fəaliyyət sahəsinə olan münasibətidir.,,Maraq”isə şagirdin fikrinin fənnə, biliyə doğru istiqamətləndirilməsidir. Bilik əldə etmək, fənni öyrənmək arzusu isə onun tələbatı deməkdir.Qeyd olunan məsələləri müəllim düzgün planlaşdırdıqda maraq səmərəli olub və daxili tələbata gətirib çıxarır. Maraq alqoritmik səciyyə daşıyır:-tanıma refleksi(bu nədir? sualına cavab axtarmaq)-həvəs (hər şeyi bilməyə can atmaq)-təlım marağı(fənnə,biliyə münasibət bəsləmək)-idrak marağı(həyatın sirlərini öyrənməyə can atmaq)-meyl(müəyyən fəaliyyət sahəsini seçmək).

Öyrənmə:-yeni mövzunun mənimsənilməsi, şagirdlərin müstəgil olraq biliklərin dərk etmələri. Şagirdlər təlim prosesində müəllimin yönəldici suallar və tapşırıqlar  vasitəsilə yeni bilik qazanmağa sövq etdirilir. Bu fəallığın sonu sinifdə, ,öyrəndim”
 sədaları ilə yekunlaşır.

Tətbiqetmə:-biliklərin müxtəlif situasiyalara praktik yönəltmək vərdişlərin əldə edilməsi. Demək tətbiqetmə bilik qazanmaq deyil, şagirdlərin qazanmış olduqları bilikdən nə dərəcədə istifadə etmək bacarığıdır. Müəllim dərsdə tətbiqetmə mərhələsini həyata keçirərkən qazanılan bilik və bacarığın tədqiqatda problemin həlli üçün vasitəyə çevrilməsinə nail olmalıdır.

Qiymətləndirmə:-şagirdlərin öyrənmə dinamikasının qoyulmuş məqsədə doğru necə dəyişdiyi araşdırılır.Müvafiq yönəldici fəaliyyətlərin icra edilməsidir. Qiymətləndirmənin yeni yanaşma ilə reallaşdırılması təhsil islahatının ən uğurlu nailiyyətlərindəndir.Burada diaqnostik(ilkin), formativ(cari), summativ(yekun)
 qiymətlədirmənin kəmiyyətcə (ballarla) və keyfiyyətcə (səviyyəyə görə) aparilması şagirdin fiziki və əqli cəhətdən həyata hazırlığı düzgün müəyyənləşdirilir. Qiymətləndirməni yalnız test tapşırıqları ilə aparmaq real nəticənin düzgünlüyünə zəmanət verə bilməz. Çünki, tərtib edilmiş testlər ilk növbədə elmi cəhətdən əsaslandırılmalıdır. Sovet dövrünün məşhur psixoloqu L.C.Vıqotski məsələyə münasibət bildirərək qeyd edirdi ki,uşağın ona verilən məsələni həll edə bilməməsi faktı özü-özlüyündə onun qabiliyyətsiz olduğunu yox,onun,lazımi bilik və bacarıqlara sahib olmadığından müstəqil şəkildə  məsələnin həllini tapa bilmir. Şagirdin əqli inkişafı təlim prosesində müəllimin bələdçiliyi ilə qarşılıqlı ünsiyyət nəticəsində baş verir. Buna görə də şagird müəllimin yönəldici sualların köməyi ilə bimədiyi tapşırığı icra etməklə, müstəqil fəaliyyət göstərmiş olur. Bu fakta əsaslanan Vıqotski şagirdi bir dəfə yox, iki dəfə yoxlamağı təklif edərək, aşağıdaki qaydada metodik yanaşmanı irəli sürür: "Birinci dəfə şagirdin məsələni müstəqil, ikinci dəfə isə böyüklərin köməyi ilə necə həll etdiyini yoxlamaq lazımdır. Məsələnin müstəqil həllinə verilən qiymət yox, müstəqil həllin nəticələri ilə böyüklərin köməyi ilə edilən həllin nəticələri arasında olan fərq şagirdin qabiliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Əgər şagird onunla bir yaşda olan yaşıdların həll etdiyi məsələni nə müstəqil, nə də müəllimin köməyi ilə həll edə bilmirsə, o zaman onun qabiliyyətinin kifayət dərəcədə yüksək olmaması barədə danışmağa əsas ola bilər”. Qabiliyyətlərin səviyyəsini belə tədqiq etmək yolunu Vıqotski ən yaxın inkişaf zonasının müəyyən edilməsi metodu adlandırmışdır. Dünyada tanınan pedaqoq Konfutsi qeyd edir ki, "Köhnə məlumatlardan bəhrələnərək, yeni məlumatlar əldə etmək təlim-tərbiyənin təməlidir". Bu fikir biliyin kateqoriyaları(deklorativ, prosedural və kontekstual) ilə eyni mahiyyət daşıyır. 
Cəmiyyətin təhsildə maraqlı olan bütün təbəqələrinin(şagirdlər, müəllimlər, valideynlər, təhsil idarəçiləri, fənn üzrə mütəxəssis alimlər, pedaqoq və psixoloqlar, hakimiyyət dairələrindən nümayəndələr, işgüzar admlar) iştirakı ilə yaradılan təhsil standatlarından əvvəl aşağıdakı məsələlərlə bağlı araşdırmalar və təhlillər aparılır:cəmiyyətin tələb və ehtiyacları; şagirdlərin ehtiyac və maraqları;ölkə daxilində və onun hüdudlarından kənarda fənn mütəxəssislərinin təcrübəsi.
İlkin mərhələdə yaradılan təhsil standartları ölkənin təhsil siyasəti və psixologiya baxımından nəzərdən keçirilərək əsaslandırılaraq, konseptual sənəd olan kurikulumda təsbit olunmuşdur.Kurikulum təhsil islahatında mühüm əhəmiyyət kəsb edən, Azərbaycan pedaqoji terminalogiyasına keçən əsrin 90-ci illərin axırında daxil olmuşdur. Kurikulum latın sözü olub, lüğəti mənası "yol”,  "istiqamət” deməkdir. Təhsildə kurikulum islahtının aparılması bir çox mühüm amillərlə bağlıdır:cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid; dünya təhsil sisteminə inteqrasiya; informasiya əsrinin tələbləri; təhsilin məqsəd, vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması; təhsilin məzmununu əks etdirən mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi.

Müəllim kurikulim baxımından təlimin məqsədlərinin hazırlığına müasir tələblər səviyyəsində bacarıqlı olmaq  üçün, bu sahədə bir çox mühüm anlayışların-milli kurikulum, fənn kurikulumu, məzmun xətti, məzmun standartları, alt standart, qiymətləndirmə standartları, təlim strategiyaları, ümumi təlim nəticələri, tədris vahidi, resurslar, şagird nailiyyətləri və s. mahiyyətini deklorativ bilik səviyyəsindən, prosedurala   və  kontekstual  səviyyələrə   transfer etməyə çalışmalıdır. Dərs prosesində müəllimin roluna daxildir: Müəllim şagirdləri ilə düşüülmüş şəkildə davranmalıdır;Təlimin təşkili zamanı insanın maraqlarını ən yüksək səviyyədə əks etdirən yazılara,ədəbiyyata əsaslanmalıdır;Müəllim şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirərkən və ya araşdırarkən öz prinsiplərini,əhəmiyyət verdiyi dəyərləri və onların mahiyyətinin səbəblərini öyrənənlərə təqdim etməlidir;Müəllim şagirdləri istiqamətləndirir və onlara məsləhətlər verir;Şagirdin təlimi rəhbərliyin və ya dərsliklərin müəyyən etdiyi fənn biliklərinə deyil,öyrənənlərin maraqlarına əsaslanır; Müəllim məsuliyyətli rəhbərdir; Yeniyetmələr böyüklərin xüsusiyyətlərini və tələblərini dərk edənə qədər böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlqələndirici rolu oynayır.
 
Elmi texniki tərəqqinin sürətli inkişafı yeni təhsil ehtiyacarının təmin olunasını zəruri etmişdir.İnformasiyaların dəyişgənliyi, onların yaddaşlarda mühafizə edilməsinin əhəmiyyətini azaltmışdır.İnsanlar informasiyanı mühafizəçıləri deyil,informasiya istifadəçilərinə çevrilmişlər.Bu məqsədlə müvafiq texnologiyalardan istifadə aktuallaşaraq,təhsilin məzmunu və təlimin təşkili əsaslı şəkildə dəyişilmişdir.Artıq təhsil qloballaşmış müstəviyə keçmişdir. Qloballaşma-qlobe-yer kürəsi sözündən götürülmüşdür. Mövcud problemlərə yer kürəsi miqyasında baxış deməkdir.Qloballaşma-termini hazırda bir çox cəmiyyətləri birləşdirən beynəlxalq sistemi ifadə edir. Bu,mədəniyyətlərin, siysətlərin, biznesin və  elmin dünya miqyasında qarşılıqlı fəaliyyəti və inteqrasiyası prosesi olub,texnologiya,informasiya və maliyə ilə idarə olunur. Təhsildə qloballaşma öyrənənin maraq və ehtiyaclarının bir ölkə çərçivəsində deyil, bütün dünya miqyasında qarşılanmasını təmin edir. Dünya təcrübəsi sübut edir ki, bütün hallar da hər bir yenilik öz təməli üzərində qurulur. Müəllim pedaqoji prosesdə təlimin məqsədlərinin reallaşdırılmasında məhz bu prinsipə önəm verməlidir.