Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Müasir təlim texnologiyaları: Mentorluq yanaşması təhsilin keyfyyətinin yüksəldilməsi amili kimi



       Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan  ali təhsil sistemində permanent (davamlı) dəyişmələr, yəni modernləşmə həyata keçirilir. Davamlı modernləşmə ali təhsil sisteminin infrastruktunda, xüsusi olaraq onun idarə olunması və maliyyələşdirilməsində, təhsil proqramlarının məzmununda və tipologiyasında, tədris-təlim prosesinin xarakterində öz müsbət təsirini göstərir. Ali təhsil modelinin yeniləşdirilməsi eyni zamanda onun keyfiyyətinin yüksəldilməsi ilə müşahidə olunur. Ali təhsil müəssisələrinin effektivliyinin və keyfiyyətinin qiy­mətləndirilməsi, bu gün pedaqoji ali təhsilə, bütövlük­də hər bir təhsil müəssisəsinə cəmiyyət tərəfindən olan ciddi tələblərlə bağlıdır. Bu gün təhsil strukturlarına cəmiyyət tərəfindən qoyulan əsas tələblərdən biri ondan ibarətdir ki, təhsil sistemi müasir cəmiyyətin inkişaf istiqamətlərinə cavab verən mütəxəssis, eyni zamanda kamil insan formalaşdırmalıdır.
 Pedaqoji yönümlü ali təhsil sisteminin keyfiyyət təminatında, səmərəli idarə olumasında, maliyyələşməsində və digər sahələrdə islahatın taleyi, birinci növbədə, təhsil müəssisələrinin auditoriyalarında nələrin baş verdiyindən, tədris prosesinin əsas iştirakçıları, yəni müəllim və tələbələr arasında pedaqoji qarşılıqlı təsirlərin xarakterindən çox asılıdır. Təhsilin keyfiyyəti ilə bağlı məsələlərin təhlili göstərir ki, ilk növbədə onun mahiyyət xarakteristikaları nəzərə alınmadan təhsilin yaşaması, mövcudiyyəti mümkün deyildir. Bu xarakter əlamətlər çoxluğu təhsilin unikallığının əsas göstəriciləridir. Tədris materialının mənimsənilməsi birbaşa müəllimin nəzəri bilikləri və peşəkarlıq səviyyəsinin inkişafının perspektivləri arasında olan əlaqələrdən asılıdır. Ali məktəb müəllimlərinin pedaqoji fəaliyyətinin ənənəvi funksiyasının məzmunu müasir yanaşmalarla zənginləşməli və səriştəlilik səviyyəsi yüksəlməlidir. Səriştəli – səmtləşdirilmiş təhsil modeli tədris-təlim prosesində inteqrativ tendensiyaları gücləndirir. Yeni təhsil standartlarının reallaşdırılması müəllimlərin yaradıcı qarşılıqlı təsirlərinin nəinki kafedralarda, eyni zamanda kafedralararası səviyyədə inkişafını önə çəkir. Səriştəliliyin formalaşdırılması razılaşdırılmış hərəkətlər nəticəsində, ali məktəb müəllimlərinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektiv bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi məqsəd ətrafında əməkdaşlığı formasında həyata keçirilməlidir. Səriştəli kadrların (xüsusi halda gənc müəllimlərin) hazırlanması kollektivi bir məqsəd ətrafında birləşdikdə və kollektivin bütün üzvlərinin tədris prosesinin ümumi dəyərini nəzərə alaraq fəaliyyət göstərdikdə təmin oluna bilər. Araşdırmalar göstərir ki, komanda prinsipi əsasında fəaliyyətin bütün mərhələlərində, yəni tədris kurslarının inteqrativ xarakterli planlaşdırılmasından son attestasiyayadək işin reallaşdırılması müvəffəqiyyətin əsasını təşkil edir. Bu isə ümumi bir metodologiya əsasında fənlərin və modulların məzmununun və müəllimin manevrasının birgə refleksiyaya uyğunlaşdırılmasını qarşıya qoyur. Pozitiv pedaqoji praktikanın genişləndirilməsi və möhkəmləndirilməsi tədris-təlim prosesinin metodiki təminatını yeni yanaşmalarla koordinasiya etməyə geniş şərait yaradır.  Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir.  Belə fəaliyyət prosesin mərhələlərinin müvafiq səviyyədə detallaşdırlmasını, yəni hər bir mühazirəni, seminarı, praktik məşğələni müasir tələblər əsasında qurmağı yüksək dəyərləndirir. Öyrədən öyrənən arasındakı qarşılıqlı münasibətlərdə nələrin baş verdiyini və verəcəyini, tədris prosesinin məzmunun, istifadə olunan metodika və texnologiyaların qarşılıqlı təsirlərin variasiyalarının qiymətləndirmə prosedurlarının və çətinliklərin modelləşdirilməsi nəticəsində həyata keçirilməlidir. Ancaq bunların hesabına tədris-təlim prosesinin nəzərdə tutulmuş ritmi saxlanılar və inkişaf etdirilə bilər..
    Metodiki materialların keyfiyyəti, bütövlükdə təlim prosesinin əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Standartlar və nümunəvi proqramlar, tədris prosesinin birinci səviyyəsinin layihələndirilməsinə uyğun gələn çərçivə sənədlərdir. Bu sənədlər nəticəyə müəyyən tələblər qoysa da, səmərəli təlimin qurulmasına kifayət etmir. Bu gün təlim prosesinin səmərəli və əsaslandırılmış formada sənədləşdirilməsinin bir səbəbi də müasir təhsil paradiqmalarının və təlim texnologiyalarının tələblərinə cavab verən dərslik və dərs vəsaitlərinin olmamasıdır. Yeni nəsil təhsil standartları ənənəvi mühazirələrin həcmini və təşkilini məhdudlaşdırır və dərslərin inteqrativ formada təşkilinə üstünlük verir. Pedaqoji ali təhsil müəssisələrində tədris-təlim prosesinin təşkili, başqa təhsil müəssisələrindən fərqli olaraq konservativ xarakter daşımalıdır. Ali təhsil müəssisəsinin tələbləri əminliklə müəyyən etməlidirlər ki, aldıqları təhsil, qazandıqları bilik onların potensialının reallaşdırlılmasına imkan verəcəkdir. Yüksək ixtisaslı, ruh yüksəkliyi ilə işləyən səriştəli müəllimlər və müasir tələblərə cavab verən təhsilalanlar  tələbələr olmadan, tələbə-müəllim pedaqoji qarşılıqlı təsirlərin yeni modellərinin tətbiqi həyata keçirilmədən təhsil öz keyfiyyətini itirir.   "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tələblərinə uyğun yeni səmərəli ideyaların tədris prosesinə gətirilməsinin intensivliyi artırılmalıdır.
   Tədris-təlim prosesinin məzmununa və şərtlərinə qoyulan tələblərin təzələnməsi, təhsilverənlərin və təhsilalanların fəaliyyətinin müasirləşdirilməsi reallıq olub, zamanın tələbi kimi dəyərləndirilməlidir. Cəmiyyətdə təhsilin,   elmin inkişafı  innovasiyaların tətbiqinə geniş imkanlar yaratmışdır. Yeni ideyaların, elmi biliklərin, texnologiya və yüksək səmərələliyə malik   innovasiyaların tətbiqi kadr hazırlığında   intellektual səviyyənin yüksəlməsinə, onların  müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirməyə imkan yaradır.
          15 iyun 1999-cu il tarixli ”Azərbaycan Respublikası Təhsil Sahəsində İslahat proqramı” haqqında fərman ilə başlayan təhsil islahatının ən böyük uğurları məhz təhsilin keyfiyyətinin yüksəldilməsi ilə dəyərləndirilir desək səhv etmərik.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Təhsil hər bir ölkənin gələcəyini müəyyən edir. Hər bir ölkənin intellektual potensialı təhsil ocaqlarında yaradılır. O ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Azərbaycanın hələlik inkişafı məhz təhsillə bağlıdır” sözlərinin real həlli üçün təhsilimizin yeni-yeni nailiyyətlər qazanmasında aparıcı sima müəllimdir.  
     Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası üzrə mexanizm hazırlandığı   bir vaxda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması prossesin  uğurlu olmasına  rəğmən təhsilin  keyfyyətinin yüksəldilməsi  üçün mentorluq  yanaşması zamanın tələbi kimi meydana gəlir. Müəllimlərin  peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yardım məqsədilə dərslərin müşahidəsi,  əks   əlaqə  və    özünümüşahidə ,  məsləhət vasitəsilə təhsil müəssisəsinin inkişaf  keyfiyyəti, təlim prosesinə innovasiya mövqeyindən yanaşma prosesinə     dəstək  olan  mentorlara   kömək  məqsədilə  hazırlanmış materiallı diqqətinizə çatdırmağı məqsədə  uyğun sandıq.  Təhsilin keyfiyyəti anlayışı ilk növbədə sosial kateqoriya kimi cəmiyyətdə təhsil prosesinin vəzifəsini və səmərəliliyini göstərir, eyni zamanda, şəxsiyyətin vətəndaşlıq və peşə səmərəliliyinin tələblərinə uyğunluğunu göstərir. Təhsilin keyfiyyət aspektləri - təhsilin məzmunu, təlimin formaları və metodları, tədris-maddi və maddi-texniki bazanın vəziyyəti, kadrların təminatı nəzərdə tutulur. Təhsilin keyfiyyətini səciyyələndirən təhsilin idarə olunmasının təhsil prosesinin nəticələrinin mərhələləri üzrə müşahidə edilməsi hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerləşdirilməsi səbəbinin aşkarlanmasını zəruri hesab edir. Təhsil keyfiyyətini şərtləndirən amillər-ilk növbədə orta təhsilin keyfiyyəti, yalnız şagirdlərin əldə etdiyi bilik, bacarıq və vərdişlərin səviyyəsi ilə ölçülə bilməz. Keyfiyyətli tədris prosesin qurulmasından asılıdır.Təhsilin keyfiyyəti çoxparametrli (çoxaspektli) olduğundan onun birmənalı təyini olduqca çətindir. Əsas odur ki, orta təhsil məkanını tərk edən şəxs müstəqil həyata keyfiyyətli insan kimi atılsın, yəni o, sağlam düşüncə və zəruri hallarda məsuliyyəti üzərinə götürməyə, müstəqil qərarlar qəbul etməyə, cəmiyyətin fəal, rəqabətə davamlı üzvü olmağa hazır olsun.  Keyfiyyət problemi birmənalı şəkildə müəllim kadrlarının hazırlığının təmin edilməsi ilə bağlıdır.  Azərbaycan təhsil sisteminin getdikcə dünya təhsil sisteminə inteqrasiyası, fərdi komponentlərin tədris prosesinə daxil olması təhsil müəssisələrinin hansı səviyyədə işləməsi və hələlik fəaliyyətlərinin proqnozlaşdırılması, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin iştirakçısının və nailiyyətinin vaxtında qiymətləndirilməsini gündəmə gətirmişdir. 
       Təbii qoyulmuş problemin həllində aparıcı, əsas sima müəllimdir. Müəllim  fəaliyyətinin  effektivlik   səviyyəsinin  aydınlaşdırılması,  onlara   praktik  işlərinin  təkmilləşdirilməsi  üçün   doğru– dürüst  informasiyanın  verilməsi,   sertifikatlaşdırmanı  tətbiq  etməklə   müəllimin  peşəkar  inkişafının   yeni  səviyyəsinin  təmin   edilməsi,  eləcə də  keyfiyyətin   ümumi  artımının  izlənməsi   məqsədilə  yaxşı müəllimi səciyyələndirən xüsusiyyətlər nəzərdə tutulur. Buraya ilk növbədə müəllimin biliyi və peşəkarlığı daxildir.
          Müəllimin biliyi və peşəkarlığı deyəndə onun:
 - Ünsiyyət - səmərəli ünsiyyət qurmağın əsaslarını bilməsi,
- Əməkdaşlıq - uşaqların nailiyyət qazanmalarına kömək məqsədilə əməkdaşlıq etmənin rolunu dərk etməsi,
-   Sinfin idarə olunması - sinfin idarə olunmasının müasir əsaslarını bilməsi, - -Pedaqogika və innovasiya - müasir pedaqogika və innovasiya biliklərinin olması və eyni zamanda   şagirdlərin ehtiyaclarını hiss etməsi,özünü tanıtma - öz tədris fəaliyyəti və davranışın göstərdiyi təsiri dərk etməsi, fənn biliklər, mənəvi dəyərlər,müəllim peşəkarlığı barədə dərin biliklərə malik olmasını nəzərdə tutur.   Müəllimlərin müxtəlif təlimlərdə iştirakı zamanı əldə etdikləri sertifikat məhz keyfiyyətin yüksəldilməsi   prosesinin  təkmilləşmələrinə kömək etməyə yönəlmişdir.  Bu   proses  aşağıdakı   əsas  komponentlərdən   asılıdır:

  • Müəllim Standartları elə bir əsasdır ki, keyfiyyətin yüksəldilməsi və müəllimlərin sertifikatlaşdırılması prosesi onun üzərində qurulub;    
 
  • İnnovasiyaların metodologiyası Standartların tətbiq edilməsi və keyfiyyətin yüksəldilməsi üçün vasitədir;
 
  • Mentorluq  yanaşması Öyrənənin  güclü  tərəflərinə   əsaslanan  müəllimlərin  Standartları tədricən (dərk etməkdən  tətbiq etməyə  qədər)  mənimsəməsinə doğru yönəlmiş  bir  prosesdir.
                                                  
   Tədrisin keyfiyyətin yüksəldilməsi  prosesinin  əsas  komponenti  kimi  Mentorluq – təhsil   sahəsində  peşəkar  birliyin  yaranmasına   yardımçı  olan  bir  yanaşmadır.  Həmkarlar  arasında  qarşılıqlı  münasibətləri   inkişaf   etdirən   bu   metod    müəllimlərin,  eləcə də  mentorların   peşəkar   inkişafına  kömək  edir. Mentor  əvvəlki  iş  təcrübəsinə   əsaslanmaqla  seçilir.  Bütün  proses  müddəti  üçün  qarşılıqlı  öhdəliklər  və  məqsədlər  müəyyənləşdirilir.   Əməkdaşlıq  və  ümumi  uğur  bu  metodun  əsas  təkanverici   qüvvəsidir.  Mövzunun aktuallığını nəzərə alaraq 2014-cü il aprel ayının 2-də  “Palitra" qəzetində “Mentorluq  yanaşması təhsilin  keyfyyətinin yüksəldilməsi  amili kimi”  yazım çap olunub. Mentorluq yanaşmasından istifadə etməkləkeyfiyyətin   yüksəldilməsi  prosesi müəllimlərə imkan verir ki, uşaqlar və onlarin ailələri üçün yaxşı nəticələri dəstəkləyən və Müəllimlərin Sertifikatlaşdırılmasına gətirib  çıxaran  yüksək   keyfiyyətli  təlim və tədris  mühiti  yaratsınlarMentorluq  yanaşması - öyrənəndə   yeni  düşüncə   tərzinin  formalaşması   ilə  bağlı   təlimin tədricən   baş   verməsi  üzərində   qurulurMentorla  birgə  iş  zaman  keçdikcə  müəllimdə  düşünülmüş  şəxsi  qərarlar  qəbul  etmə,  bilik  səviyyəsini   yüksəltmə,   vərdişləri  təkmilləşdirmə   və özünü   inamlı   hiss   etmə    qabiliyyətlərini  inkişaf  etdirir.  Bir  çox  inkişaf  etmiş  ölkələrdə  mentorluq  təhsil  prosesində  müəllim  hazırlığı  və  məktəblərin peşəkar  birlik  kimi  inkişafının   ayrılmaz  hissəsi  kimi  nəzərdən  keçirilir.   
    Mentorlar   müəllimlərə  hər   gün  üzləşdikləri   problemlərdən  baş   açmaqda,  təlim   prosesində  öz   əhəmiyyətlərini  dərk   etməkdə     tədris  etmə   vərdişlərinin  təkmilləşdirilməsi   üçün  əldə etdikləri   bilikləri  istifadə   etməkdə  yardımçı   olurlar.    Onlar   cavan  təcrübəsiz müəllimlərin  daha   təcrübəli  həmkarlarının   toplamış  olduqları,   keyfiyyətli  təlimi   təmin  edən   bilik     təcrübəni  əldə   etmələrinə  imkan   yaradırlar.  Beləliklə,   mentorluq – pedaqoji  uğurların   ifadə     mübadilə  edilməsi   üçün  mexanizmdir.   Həmkarlar     ya   rəhbərlik     müəllim  arasında   mentorluq  prosesinin   bir  çox   resurs  materiallarına əsaslanmaqla   uyğunlaşdırılmış   aşağıdakı   modeli  diqqəti müəllimlərin    dərketmə,   fəaliyyət     qərar  qəbul   etmələrinə  yönəltmək   yolu  ilə   onların  peşəkar   inkişaflarına  yardım   edir.   Bu   model  belə   bir  zəminə   əsaslanır  ki,   mentorun  köməyi   ilə müəllimlər  tədris   etmə  prosesini   dərk  etməyə     yeni   informasiyaya  əsaslanmaqla   öz  səylərini   müstəqil  yönəltməyə   qadirdirlər.  
    Mentorlar  müəllimlərin   intellektual  inkişafına  və  təlim  prosesi  üçün  vacib  olan  qərarları   qəbul  edə  bilmə  bacarıqlarının   möhkəmləndirilməsinə  yardım  edən  strategiyalara   xüsusi   diqqət   yetirirlər.   Məhz  müəllim  onun  dərsi  üçün  nəyin  daha  səmərəli  olduğunu  müstəqil  qiymətləndirməli   və   onu   təkmilləşdirmək  üçün    yollar  təklif  etməlidir.  Mentor  bu  haqda  öz  fikrini  bildirir  və  müəllimə  qərar  qəbul  etmə  və  planlaşdırma   vərdişlərinin  təkmilləşdirilməsində   yardımçı  olur. Bu,  mentor  tərəfindən  konkret  tövsiyələrin   verilməsi  deyil,  diskussiya  və  ya  söhbət  şəklində  baş  verir.
      Yeni   vərdişlər  əldə   edən  müəllimlər   bir  neçə   mərhələdən  keçirlər:   müşahidə,  mentorun   rəhbərliyi  altında    təcrübə,   metodlardan   müstəqil   istifadə.   Mentor    uşaqlar   üçün  səmərəli   təlim  metodlarından   istifadə  etməklə    tədris  planının   anlaşılmasında  müəllimə   yardım edə  bilər.   Tövsiyə  edilən   metodologiya     Müəllim    Standartlarına  əsaslanmaqla   mentor  müəllimin   müxtəlif  pedaqoji   usulları  (bilavasitə   təlim,  axtarış     tədqiqatlara   əsaslanan  dərslər,   interaktiv  təlim)   istifadə  etməyi   öyrənməsinə  kömək   edir.  Mentorla     daimi   dialoq     dərketmə  əsasında   baş  verir.   Mentor   müəllim   əldə  olunmuş   təcrübəni  diskussiya,   müəllim     şagirdlər,  bilavasitə   şagirdlər   arasında   qarşılıqlı əlaqəni   müşahidə   etmək,   uşaqların   işini     onların  davranışını müzakirə   etmək  vasitəsilə   nəzərdən  keçirir     təhlil   edirlər.   
  Yaxşı   mentor  olmaq   üçün  müəyyən   keyfiyyətlərə  malik   olmaq  zəruridir.   Mentor  üçün   vacib  olan   keyfiyyətlərin  aşağıdakı    kateqoriyalarını   müəyyən  etmək   olar: (özünüzdə  bu   keyfiyyətlərdən  hansını   görürsünüz?)
 
  Münasibət və  xarakter :
 
  • başqa  müəllimlər üçün  nümunə olmaq  arzusu  var;
  • mentorluq  prosesinin təhsil prosesinə kömək etdiyinə inanır;
  • həmkarlarının maraqlarını müdafiə etməyə hazırdır;
  • informasiya və ideyaları  həmkarları ilə bölüşməyə çalışır
 
    Peşəkar  bacarıqlar  və təcrübə:
  • pedaqogika və fənn üzrə  əla biliklərə malikdir;
  • pedaqoji vərdişlərinə əmindir;
  • digər  müəllim   və inzibati işçilərlə yaxşı əməkdaşlıq edir;
  • digər  müəllimlərdən   yeni texnologiyaları  öyrənməyə  cəhd  göstərir.
 
         Ünsiyyət  vərdişləri:
  • tədris etmənin   səmərəli   strategiyalarını   qısa,   dürüst  ifadə  etməyə qadirdir;
  • vaxtdan səmərəli istifadə edir;
  • nəzakətlidir və məxfiliyə riayət edir
 
 Şəxsiyyətlərarası münasibət:
  • etibarlı peşəkar əlaqələr qura bilir;
  • müəllimin   emosional və peşəkar   ehtiyacları  ilə  bağlı  qayğını  necə  ifadə  etməli  olduğunu bilir;
  • asanlıqla   ünsiyyətə   girir və qarşılıqlı münasibətləri qaydaya salır;
  • səbirlidir   və yersiz  irad axtaran deyil
            
    Mentorla  müəllim arasında  əməkdaşlıq  sıx  qarşılıqlı  əlaqəyə  çevrilə  bilər.    Bu, əməkdaşlığın  diapazonunu  müəyyənləşdirməyə  yardım  edər.   Müəllimin  diqqətini  əsasən  ona  yönəltmək  lazımdır  kimentorla    bütün  proses  müddətində  əməkdaşlıq  kimi  nəzərdən  keçirilməlidir.  Mentorun  rolu  isə  müəllimin  peşəkar   inkişafına  yardımçı  olmaqdır.     Tədris-təlim prosesinin məzmununa və şərtlərinə qoyulan tələblərin təzələnməsi, təhsilverənlərin və təhsilalanların fəaliyyətinin müasirləşdirilməsi reallıq olub, zamanın tələbi kimi dəyərləndirilməlidir. Cəmiyyətdə təhsilin,   elmin inkişafı  innovasiyaların tətbiqinə geniş imkanlar yaratmışdır. Yeni ideyaların, elmi biliklərin, texnologiya və yüksək səmərələliyə malik   innovasiyaların tətbiqi kadr hazırlığında   intellektual səviyyənin yüksəlməsinə, onların  müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirməyə imkan yaradır.
        
Zülfiyyə VƏLİYEVA,
ADPU ETM-nin elmi işçisi,
Əməkdar müəllim,
“Müəllimlərin peşəkarlıq səviyyəsinin
 inkişaf  etdirilməsi” layihəsi üzrə
 Milli məsləhətçi                                                                                                                                          


Tarix: 5-07-2022, 13:21

Xəbəri paylaş