Səs dalğaları
Mehriban Əhmədova,
Şamaxı şəhər 3 nömrəli tam
orta məktəbin fizika müəllimi
Fizika fənni. VII sinif.
Mövzu: Səs dalğaları.
Standartlar:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.3. Səs hadisələrini əlamətlərinə görə şərh edir.
1.1.4. Səs hadisələrinə aid müşahidələrini ümumiləşdirib təqdim edir.
İnteqrasiya: Həyat bilgisi, coğrafiya.
Məqsəd: Səs dalğalarına aid həyatdan nümunələr göstərir, səs dalğalarının yaranmasına dair müşahidələrini təqdim edir.
Səs dalğalarının həyatda necə yayıldığını göstərir və buna aid sadə təcrübələr aparır. Bərk cisim, maye və qazlarda səsin necə yayıldığını fərqləndirir.
İş forması: Kiçik qruplarla.
İş üsulları: Sorğu, suallar.
Resurslar: Dərslik, «Fizika» elektron dərs vəsaiti, qruplar üzrə iş vərəqləri, marker.
Dərsin mərhələləri:
Yönəldici suallar.
1. Bu şəkillərdə nə görürsünüz?
2. Bu hadisələr haqqında nə bilirsiniz?
3. Bunların oxşar cəhətləri nədir?
Tədqiqat sualı.
1. Səs necə yaranır?
2. Səsin yayılması nədən asılıdır?
Tədqiqatın aparılması
Qrupların adları kağıza yazılır və bükülür.
«Külək»
«Səs»
«Su»
«İldırım»
Şagirdlər həmin vərəqləri götürməklə 4 qrup yaranır. Onlar qrup liderlərini təyin edirlər.
Hər qrupa təqdim olunan materialın icrasına başlanır.
«Külək» qrupu: İş vərəqi – 1.
Suallar:
1. Xətkeşi rəqs etdirərək, nə müşahidə etmək olar?
2. Xətkeş nəyi rəqs etdirir?
«Səs» qrupu: İş vərəqi – 2.
Musiqi alətindəki simi dartıb-buraxdıqda səs çıxarır.
Suallar:
1. Musiqi alətindəki simi dartıb-buraxdıqda çıxan səs necə yaranır?
2. Simin rəqsi davam etdikcə nə müşahidə etmək olar?
«Su» qrupu. İş vərəqi – 3.
Suallar:
1. Təbii səs mənbələrinə misal göstərin:
2. Təsvir olunmuş şəkildə səsin necə yayıldığını müəyyən edin:
3. Qaşıqları havada bir-birinə vurduqda səs eşidilərmi? Bəs qaşıqları suyun içində bir-birinə vurduqda səs eşidilərmi? Nə üçün?
«İldırım» qrupu. İş vərəqi – 4.
Suallar:
1. Şəkillərdə verilmiş hansı misalda zəngin səsi eşidilməz və nə üçün?
2. Balona yenidən hava buraxılarsa, bu zaman nə müşahidə edərsiniz?
Məlumat mübadiləsi.
Qrupların liderləri işlərini təqdim edir.
Məlumatın müzakirəsi.
Təqdimatlar müzakirə olunur, düzgün olmayan fikirlər varsa birlikdə izah olunur.
Ümumiləşdirmə və nəticə:
1. Səsin nə olması və onun yayılmasının mühüm xassələrindən necə asılı olmasını müəyyən edir.
2. Səs dalğalarının nə kimi əhəmiyyətə malik olması, onun təbiətdə geniş yayılması, eləcə də məişətdə, texnikada istifadə olunması haqqında məlumat verir.
Səsin məişətdə və texnikada əhəmiyyəti (tətbiqi)
Yaradıcı tətbiqetmə.
Səs dalğalarına həyatdan nümunə gətirmək və internetdən ona aid şəkillər toplamaq və həmçinin layihədən alınan hadisəyə aid esse yazmaq.
Qiymətləndirmə
Qruplar | «Külək» | «Səs» | «Su» | «İldırım» |
Meyar | ||||
Səs dalğalarının yaranmasına dair müşahidələrini təqdim edir. | | | | |
Səsin müxtəlif mühitlərdə yayılmasına dair sadə təcrübələr aparır. | | | | |
Əməkdaşlıq edir. | | | | |
Yekun (Nəticə) | | | | |
Tarix: 14-03-2017, 11:41