Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yunan-Roma güləşi üzrə yarış keçirilib

 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib.
Yarışın keçirilməsində məqsəd məktəblilərin Yunan-Roma güləşi idman nö­vünə olan marağını, onların yarış təcrübəsini artırmaqdan ibarət olub.
Birinciliyin açılış mərasimində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub.
10 çəki dərəcəsi üzrə 120 nəfər idmançının qatıldığı yarışlarda I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Bakı şəhəri 16 Uşaq-Gənclər İdman Məktəbinin, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüb.
  Qaliblər kubok, medal və diplomlarla təltif edilib.


Tarix: 4-08-2017, 12:48

Xəbəri paylaş