Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

8 Mart təbəssümləri

- Əzizim, 8 Mart bayramında sənə nə alım?
- Heç özüm də bilmirəm.
- Yaxşı, elə isə sənə bu barədə düşünməyə bir il də vaxt verirəm.
***
- Bağışlayın, gecənin bu vaxtı hara belə tələsirsiniz?
- Mühazirəyə.
- Mühazirəyə? Hmm… gecənin bu vaxtı görəsən mühazirəni kimə oxuyacaqsınız?
- Arvadıma.
***
Bir qadın rəfiqəsinə deyir:
- Son vaxtlar yaman huşsuz olmuşam. Dünən ərimə gələn məktubu açıb oxumağı tamam unutmuşam.
***
Dul qadın:
- Yazıq ərim, mən onu o qədər sevirdim ki… Lap indi də onunla bir qəbirdə olmağa hazıram.
Qonşu:
- Bir az rəhimli ol. Qoy heç olmasa, kişi qəbirdə rahat yatsın.
***
Arvad ərini danlayıb deyir:
- Bu kişilərə nə deyirsən de, bu qulaqlarından alıb o biri qulaqlarından buraxırlar.
- Düz deyirsən, arvadlarda isə tamam tərsinə olur. Onlar sözü hər iki qulaqlarından alıb ağızlarından buraxırlar.

Hazırladı: Ədalət


Tarix: 11-04-2017, 14:04

Xəbəri paylaş