Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərovun BDU tələbələri ilə görüşü



 Bakı Dövlət Universitetinin (BDU) və “SABAH Mərkəzi”nin birgə təşkilatçılığı ilə Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərovun BDU tələbələri ilə görüşü keçirilib.  
 Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu deyən Məhəmmədəli Əkbərov bildirib ki, İspaniyada doğulub, orada yaşasa da, hər zaman Azərbaycana sevgi ilə yanaşıb. O vurğulayıb ki, ailəsi hər zaman azərbaycançılığı yüksək səviyyədə təbliğ edib. 21 yaşının olduğunu deyən qonaq İspaniyanın Arabada şəhərində anadan olduğunu, sonradan valideynlərinin Madridə köçdüyünü, hazırda bu şəhərdə Kriminalistika fakültəsinin III kursunda təhsil aldığını qeyd edib.
 M.Əkbərov İspaniyada Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb.
 Pənahəli xanın nəslinin davamçısı vurğulayıb ki, Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində 52 ölkədən 116 gənc iştirak edib.
O, azad Qarabağı görməkdən və Şuşada olmaqdan qürur hissi keçirdiyini bildirib. M.Əkbərov Ağdamda Pənahəli xanın, onun oğlanlarının sarayının yerləşdiyi İmarət kompleksini və ulu babasının inşa etdirdiyi Şahbulaq qalasını da ziyarət etdiyini deyib.
  Sonda Məhəmmədəli Əkbərov İspaniyada təhsil standartları ilə bağlı tələbələrin suallarını cavablandırıb. 



Tarix: 10-08-2022, 23:40

Xəbəri paylaş