Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qazaxıstanın Atırau Neft və Qaz Universiteti ADNSU ilə əməkdaşlıq edəcək


 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova ilə görüşüb.
 Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
 Görüşdə hər iki universitetin imkanlarından və təhsildə qazandığı yeniliklərdən, perspektiv layihələrdən bəhs olunub. 
Rektor M.Babanlı ADNSU-da təhsil sahəsində əldə olunan nailiyyətlər, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə olunan uğurlar, universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib.
 Gülzadə Şakulikova Atırau Neft və Qaz Universitetinin fəaliyyətindən, tədris prosesi, gerçəkləşdirilən layihələrdən danışıb. O qeyd edib ki, neft-qaz sahəsində ADNSU (Azİİ) və onun yetişdirdiyi kadrlar dünyada tanınır. Biz bu təhsil müəssisəsinin təcrübəsindən yararlanmaq istəyirik və geniş platformada əməkdaşlıqda maraqlıyıq.
  Sonra mübadilə proqramlarının tətbiqi, iki universitet arasında ortaq layihələrin icra olunması, gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində memorandum imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb. 


Tarix: 2-08-2022, 16:00

Xəbəri paylaş