Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU və UFAZ-da koronavirusla bağlı növbəti dezinfeksiya işləri aparılıb








 
İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) növbəti dəfə də dezinfeksiya işləri aparılıb.
İlk olaraq UFAZ-ın bütün ərazisi - foyesi, dəhlizləri, auditopriyaları və otaqlar dezinfeksiya olunub. İyunun 8-də burada ilk dəfə olaraq UFAZ-a magistraturaya qəbul imtahanları keçiriləcək. İmtahanların ənənəvi qaydada təşkili üçün lazımi təhlükəsizlik qaydaları təmin olunub, sosial məsafənin gözlənilməsi üçün imkanlar yaradılıb, tələbələrin gigiyenik vasitələrlə təchizatı nəzərdə tutulub. İyunun 5-də aparılan dezinfeksiya işləri və imtahan günü görüləcək tədbirlər UFAZ-ın magistratura pilləsinə qəbul imtahanlarının tam təhlükəsiz şəraitdə keçirilməsinə şərait yaradır.  
ADNSU-da dezinfeksiya işləri zamanı mütəxəssislər universitetin hər iki korpusunun bütün ərazisində dərmanlama işləri aparıblar. Onu da qeyd edək ki, çoxminli tələbə və müəllim kontingenti olan ADNSU-da, eləcə də UFAZ-da ölkədə qlobal koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq son 3 ay ərzində müxətlit tədbirlər gerçəkləşdirilib. Belə ki, respublikada karantin rejimi qaydalarına uyğun olaraq ADNSU və UFAZ-da martın 3-dən etibarən ənənəvi tədris prosesi dayandırılıb və qısa müddət ərzində onlayn tədrisə keçirilib, işə çıxan əməkdaşların sayı minimuma endirilib və onların işə gəlməsi icaze.e-gov.az saytı üzərindən həyata keçirilib. Son üç ayda ADNSU və UFAZ-da mütəmadi olaraq bir neçə dəfə dezinfeksiya işləri aparılıb, tədris korpuslarının dəhlizlərində gigiyenik vasitələr quraşdırılıb, girişdə hər bir kəsin hərarətinin yoxlanılması həyata keçirilir, universitetə maskasız giriş qadağan olunu


Tarix: 5-06-2020, 23:24

Xəbəri paylaş