Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU Beynəlxalq "UniLab" layihəsinə qoşulub




 

Yanvarın  1-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) də iştirakçısı olduğu Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsində qoşulub.

UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.

Əsas istiqamət: Avropa Birliyi Proqram tərəfdaşları təcrübəsindən faydalanaraq və onların bu sahədə strategiyasını istifadə edərək müəssisələr və ali məktəblər arasında tərəfdaşlığın genişləndirilməsi və məzunların inkişafı üçün addımların atılması.

Məşğulluq startegiyası: işə əsaslanan tədrisin (WBL -work-based learning) təşviqinə yönəlmiş dəstək siyasəti, hüquqi çərçivə və yenilikçi təcrübənin, UniLab modelinin hazırlanması və tətbiqi.

İştirakçılar: 

Koordinator - EUCEN Belgium və Barcelona School of Management – Universitat Pompeu Fabra (İspaniya)

Azərbaycan: 1)Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

                       2) Xəzər Universiteti

Rusiya:          1) Lomonosov adına Mpskva Dövlət Universiteti

                       2) Almateyevsk Neft İnsitutu

                       3) Orenburq Dövlət Universiteti

                       4) Sibir Federal Universiteti

Belarusiya:     1) Qomel Dövlət Universiteti

                         2) Moqilyov Dövət Universiteti

 

Program olkə universitetləri: 

                        1) IMC Fachhochschule Krems (Avstriya)

                        2)  Universite de Lille (Fransa)

Qeyd edək ki, layihənin koordinatoru olan İspaniyanın Pompeu Fabra Universiteti və EUCEN təşkilatı cari ilin 10 – 12 mart tarixlərində Barselona şəhərində ilk görüş təşkil edilmişdir. Tədbirdə ADNSU-nu Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov və İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov təmsil ediblər.


Tarix: 2-06-2020, 00:49

Xəbəri paylaş