Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək

 


Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək

Göyçay və Kürdəmir rayon sakinlərinin nəzərinə!

 

Təhsil naziri Ceyhun Bayramov 21 fevral 2020-ci il tarixində saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edəcək. Qəbulda Göyçay və Kürdəmir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 13-18 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



шаблоны для dle 11.2