Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SABAH IV Karyera Qış Məktəbinə start verilib

 

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimlərinə start verilib.

SABAH IV Karyera Qış Məktəbində 76 tələbə iştirak edir. Üç gün ərzində tələbələr gələcək karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edəcəklər. Qış Məktəbində təşkil edilən təlim və seminarlar işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir.

Təlimin birinci günündə “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması” və digər istiqamətlər üzrə SABAH Karyera Akademiyasının tərəfdaş şirkət və qurumlarının ("ATL Tech", "Kapital Bank", "Rabitə Bank", "GoldenPay" və s.) peşəkar əməkdaşları tərəfindən təlimlər keçirilib.

Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçiriləcək. 

Karyera Qış Məktəbi çərçivəsində həmçinin ali təhsil müəssisələrində SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında seminarlar təşkil olunur.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.

SABAH Karyera Akademiyası məzun olmağa hazırlaşan SABAH tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

шаблоны для dle 11.2