Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Biz sizinlə fəxr edirik , Azərbaycan əsgəri”

 
30 noyabr 2018- ci il tarixində Şuşa şəhər 3№li tam orta məktəbdə 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına döyüşən və bu yolda bir gözünü və ayağını itirmiş gənc baş leytenant Kamil Musavi ilə görüş keçirildi.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ,Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev ,Təhsil Şöbəsinin əməkdaşları , Şuşa Rayon xəstəxanasının baş həkimi R . Məhərrəmov iştirak etdilər.
Elə şəxsiyyətlər var ki,onların keçdiyi ömür yolu ,həyat tərzi haqqında dəfələrlə yazılsa belə azdır. Çünki onlar bütün varlığı ilə vətəninə , millətinə bağlı olublar.İnsan öz ömrünün tarixini əməlləri ilə yazır .Belə vətənpərvər insanlardan biri “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı” , “ Vətən naminə medalı” və “ General Həzi Aslanov “ medallarının laureatı Kamil İbadət oğlu Musavidir.
Kamil Musavi 6 iyul 1990-cı il tarixində Qazax şəhərində anadan olmuşdur. 8 avqust 2008-ci il tarixində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmişdir. Ancaq gənc baş leytenantın bu hadisədən sonra həyat eşqi sönməyib.
Tədbir himnin oxunması ilə başladı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbimizin şagirdləri qəhrəmanlarımızın ruh dünyası ilə səsləşən mahnılar və şeirlər söylədilər.
Məmməd Araz “Ayağa dur ,Azərbaycan !” şeirini VIII sinif şagirdi İsmayılzadə Şükran , Solmaz Şirin “Qarabağı unutma “ V sinif şagirdi Qarayev Hikmət , Əjdər Ağayev “Qalx ayağa Azərbaycan” V sinif şagirdi Rüstəmova Fidan , Əyyub Şırlanlı “Əsgər marşı” IX sinif şagirdi Bəndiyev Cavanşir , Bəxtiyar Vahabzadə “Azərbaycan oğluyam “ IX sinif şagirdi Abışov Cavad ,Süleyman Rüstəm “ Azərbaycan” X sinif şagirdi Xankişiyeva Zeynəb , Solmaz Şirin “ Azərbaycanım” XI sinif şagirdi Abışova Lamiyə , Müzəffər Əvəzoğlu “ Ay mənim müstəqil Azərbaycanım”IX sinif şagirdi Qaraşova Nurcan
Söhrab Tahir “ Azərbaycan “ IX sinif şagirdi Hacıyeva Rəhimə .
“Can Azərbaycan “ mahnısı sözləri Əhməd Cavadın musiqisi Emin Sabitoğlu ifa edirlər –məktəbimizin şagirdləri
Şəmistan Əlizamanlı “Cənab Leytenant “ İfa edir X sinif şagirdi Quliyev Cavad .
“Azərbaycan” sözləri Səməd Vurğunun, ifa edir sazda IX sinif şagirdi Məmmədova Səadət .
“Əsgər marşı” tarda Pənahlı Sübhan ,Fərmanlı Nihat ,Məmmədov Qurban nağarada Hacıyev Rəmal .
Şagirdlərimiz qazimizə suallar ünvanladı, suallara qazimiz dolğun cavablar verdi və şagirdlərdə vətənpərlik hissini daha da gücləndirdi.
Tədbirin sonunda Vüsalə xanım Fətəliyeva ,Təvəkkül Əliyev , Ramik Məhərrəmov, məktəbimizin direktoru Elmira Əliyeva tədbir iştirakçılarına və Kamil Musaviyə dərin minnətdarlığını bildirdi, bu tədbirlərin Şuşada, Cıdır düzündə keçirməyimizi arzuladılar.
Düşmən sevinməsin qoy! Bu gün qəhrəmanımız ayaqdadır.Qəlbində vətənpərvərlik ruhu ,vətən məhəbbəti gəzdirən Kamil Musavi bugünkü gənclərimiz üçün bir örnəkdir.


Şuşa şəhər 3№li tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı K.Z.Şükürova
   


Tarix: 11-12-2018, 13:40

Xəbəri paylaş