Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

5E modelinə görə keçilən dərs təqdimatı


 
                                                                                                           
Tədqiqata əsaslanan təlim metodu ilə keçilən dərslər 5E modelinə (5E/ing: engage, explore, explain, elaborate və evaluate sözlərinin baş hərflərinin sayını ifadə edir) görə planlaşdırılır. 5E modeli şagirdlərin problem formalaşdırmaq, müşahidə aparmaq, analiz, nəticə çıxararaq problemin həll yollarını müəyyənləşdirmək və nəticələri yoldaşları ilə kommunikasiya etmək  bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. 5E dərs modeli təlim prosesində müəyyən ardıcıllığa əməl etməyin daha effektiv olduğunu nəzərə alır və aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Maraqoyatma (Engage). 
Bu mərhələdə şagirdlərə tanış olan bir situasiyadan istifadə edərək suallar verilir və onlar müzakirəyə dəvət olunurlar. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq, mövzuya maraq oyadaraq onları tədqiqata yönəltməkdir.
Təbiət fənni dərsliyində hər bölmə şagirdlərin gündəlik həyatlarından tanış bir situasiya ilə başlayır və müvafiq suallar əsasında verilmiş situasiya ilə öyrənəcəkləri anlayışlar arasında körpü yaradılır.
2. Araşdırma (Explore).
İkinci mərhələ olan araşdırma mərhələsində şagirdlər fəaliyyətlərdə iştirak edir, nəticələri müzakirə edir və konkret nəticələrdən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. 
3.İzahetmə (Explain).
Bu mərhələdə müəllim şagirdlərin araşdırma mərhələsində öyrəndiklərini sintez edib ümumiləşdirir, təlim nəticələrində nəzərdə tutulan anlayışları birbaşa təqdim edir.
4. Möhkəmləndirmə (Elaborate).
Əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni misallar və nümunələr təqdim edir, anlayışın tətbiq olunduğu əhatə dairəsini genişləndirir.
5. Qiymətləndirmə (Evaluate).
Sonuncu mərhələdə “Biliklərin yoxlanılması” başlığı altında verilmiş sualların köməyi ilə şagirdlərin məzmunu mənimsəmə dərəcələri ölçülür.
         
 
“Kimyəvi hadisələr” mövzusunda təqdimat:
 
Sinif: 5  
Fənn: Təbiət
Dərs müddəti: 2 saat
Dərsin məqsədi: Şagirdlər:
  • Kimyəvi hadisələrin xüsusiyyətlərini başa düşür;
  • Kimyəvi hadisələri müəyyənləşdirə bilir;
  • Kimyəvi hadisələr zamanı maddələrin tərkibinin dəyişdiyini başa düşür;
  • Fiziki və kimyəvi hadisələri bir-birindən fərqləndirə bilir.
Bacarıqlar: müqayisə, ünsiyyət, nəticə çıxarma, təhlil aparma.
Resurs: Su, şüşə qab, şokolad, kibrit, spirt lampası, süd, süzgəc, sirkə turşusu, kağız dəsmal, kağız, qənd.
          
           MARAQOYATMA
ARAŞDIRMA
 
1. Kiçik kağız parçasını yandırın.
2. Qayçı ilə kağızı kiçik hissələrə ayırın. 
3 .Şokoladı qabda əridin.
4. Qəndi sınaq şüşəsində qızdırın.
5.Həvəngdəstədə qəndi əzin
 
II
  1. Fiziki və kimyəvi hadisələr bir-birindən nə ilə fərqlənir?
  2. Hadisənin fiziki və kimyəvi olduğunu necə müəyyənləşdirmək olar?
 
        İZAHETMƏ
Bəzi hadisələr zamanı maddə tərkibini dəyişir. Bu zaman yeni maddə əmələ gəlir və öz əvvəlki vəziyyətinə qayıtmır. Maddənin tərkibinin dəyişməsi ilə müşahidə olunan hadisələrə kimyəvi hadisələr deyilir. Kimyəvi hadisələrin əksəriyyəti dönməyəndir. Ətrafımızda çox sayda kimyəvi hadisələr baş verir. Kimyəvi hadisələr həm də kimyəvi reaksiyalar adlanır.
Dəmirin paslanması
Fişəngin partlaması
Çörəyin kiflənməsi
Kibritin yandırılması
 
 
 
    MÖHKƏMLƏNDİRMƏ
         
         1.Şagirdlərə müxtəlif şəkillərdə təsvir olunmuş hadisələr göstərilir və onlardan hansının  fiziki və ya kimyəvi hadisə olduğu soruşulur.      
2. Çörəyi doğrayarkən  hansı  hadisə baş verir?
3. Aşağıdakı şəkillərdə bəzi dəyişiklər təsvir olunmuşdur. 
Onların fiziki, yoxsa kimyəvi hadisə olduğunu müəyyən edin:
Şagirdlərə fiziki və kimyəvi hadisələrin müqayisəsini özündə əks etdirən cədvəl çəkmələrini tapşırıram. Şagirdlər hadisələri yeni maddənin meydana gəldiyinə və ya maddənin əvvəlki halına qayıda biləcəyinə əsasən müqayisə edə bilərlər. 

 Fiziki hadisələr

dönən
Kimyəvi hadisələr
dönməyən
Əvvəlki halına qayıdır, yeni maddə yaranmır
 
• Ərimə dönən hadisədir. Məsələn,
ərimiş şokolad soyudularaq yenidən bərk şokolad halına gətirilir.
• Donma dönən hadisədir. Meyvə şirəsini dondurduqda meyvəli buz  parçaları alınır. İstidə isə əksinə buz dondurmalar yenidən meyvə  şirəsinə çevrilir.
 • Qaynama, buxarlanma və
kondensasiya dönən hadisələrdir.
Məsələn, qaynar çaydanın
buxarı soyuduqdan sonra yenidən
suya çevrilir
Yeni maddə yaranır
 
• Qızdırılma dönməyən
hadisəyə səbəb ola bilər.
Məsələn, çiy yumurtanı
bişirdikdən sonra o, əvvəlki
halına qayıda bilməz.
 • Yanma dönməyən hadisədir.
Məsələn, odunu yandırsaq
kül və tüstü yaranacaq və o
heç vaxt əvvəlki halına qayıda
bilməyəcək.
 
 
     QİYMƏTLƏNDİRMƏ
     Formativ

 
   Rəna MUSAYEVA
Bakı şəhəri 177 nömrəli  tam orta məktəbin kimya müəllimi


Tarix: 8-04-2022, 22:48

Xəbəri paylaş