Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ümumdünya Ətraf Mühit Günü qeyd edilib

  
Paytaxt məktəblərində 5 iyun-Ümumdünya Ətraf Mühit Günü qeyd olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində iməciliklər keçirilib.
İməciliklər zamanı məktəblərin həyətyanı sahələrində və sinif otaqlarında təmizlik işləri aparılıb, ağacların gövdəsi əhən­glənib, bitkilərin dibi bellənib və suvarılıb.
Tədbirlər zamanı, həmçinin, Birləmiş Millətlər Təşkilatının qərarı ilə 1972-ci ildən hər il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününün qeyd olunması barədə şagirdlərə məlumat verilib.
Ümumdünya Ətraf Mühit Gününün keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasına, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından, yerüstü sərvətlərdən səmərəli istifadə edilməsinə, onların bərpası və mühafizəsinə, bioloji müxtəlifliyin qorunub saxlanılmasına diqqət yönəltməkdən ibarətdir.
  Məktəblərdə iməciliklər şagirdlərin təşəbbüsü ilə təşkil edilib.


Tarix: 4-08-2017, 11:13

Xəbəri paylaş