Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlham Əliyev Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.
Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərən­camına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İn­cəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.шаблоны для dle 11.2