Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edib

 

Sentyabrın 28-də təhsil naziri Ceyhun Bayramov Gəncə Dövlət Universitetində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edib.
Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəs­tələri düzərək xatirəsini ehtiramla yad edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
  Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, tələbələrin ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, diplomların verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.