Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Doktorantların və gənc tədqiqatçıların apardıq­ları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı 2018-ci il 22-23 noyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilsin və konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilsin.
2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).
3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2018-ci il 1 oktyabr tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.
4. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (C.Cəfərov) konfransın yüksək səviy­yədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.
5. Elm, ali və orta ixtisas təhsil şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb ali təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 iyun 2018-ci il