Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.7-ci, 31.0.2-ci və 32.3.4-cü maddələri, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nın 4.18-ci bəndi nəzərə alınmaqla ümumtəhsil məktəblərində büdcə vəsaiti hesabına maliyyələşən dərnəklərin işini tənzimləmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMREDİRƏM:
1. “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və yerlərə çatdırılmasını təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 avqust 2017-ci il


Tarix: 19-09-2017, 10:43

Xəbəri paylaş