Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Valideynlər üçün www.ilk5il.az təhsil portalı və mobil telefon tətbiqi onlayn rejimdə istifadəyə verilib

 

Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və UNICEF-in birgə təşəbbüsü ilə valideynlər üçün www.ilk5il.az təhsil portalı və mobil telefon tətbiqi onlayn rejimdə istifadəyə verilib.
 Hər iki platforma uşaqların erkən inkişafını dəstəkləmək məqsədilə valideynlərin bilik və bacarıqlarını artıracaq.
 İOS və Android sistemlərində istifadə oluna biləcək mobil telefon tətbiqi UNICEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən 2020-ci ilin əvvəlində hazırlanıb. Məqsəd 5 yaşınadək uşaqların valideynlərini övladlarının sağlamlığı, qidalanması, təhsili haqqında məlumatları bir mənbədən təmin etməkdir.
 “COVID-19 ilə bağlı cari karantin tədbirlərinə riayət edən ailələrin sayı artdıqca, məlumatlara çıxış və rəqəmsal kanallar vasitəsilə təlimatlanma getdikcə daha vacib olur. Əminik ki, yeni veb-sayt və mobil tətbiq valideynlərə, azyaşlı uşaqlara bütün günü evdə olduğu zaman onların fəal, öyrənən və sağlam olması üçün praktik dəstək olacaq”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin vurğulayıb.
 “Fikrimiz hər bir uşağa onun sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq kömək etməkdir. Biz valideynlərin ən yaxşı tərbiyəçi olduğuna inanırıq. Onların iştirakı ilə yüksəkkeyfiyyətli təhsilə və fərdi inkişafa nail olmaq mümkündür. UNICEF-lə birlikdə bu arzunu gerçəkləşdirməyə çalışırıq. Biz çox sadə bir həll təklif edirik – ev şəraitində uşaqlarla oyunu təşviq edirik”, - deyə Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bildirib.
 Qeyd edək ki, UNICEF Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə məktəbəqədər təhsilin olmadığı kənd yerlərində və ucqar ərazilərdə 3-4 yaşlı uşaqlar üçün icma əsaslı Erkən Təhsil Mərkəzi modeli tətbiq edilib. Avropa İttifaqının və UNICEF-in maliyyə dəstəyi ilə 320 mərkəz açılıb və 6 min 200-dən çox uşaq yaşadıqları icmalarda model vasitəsilə erkən təhsil imkanları ilə təmin olunub.шаблоны для dle 11.2