Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“MBA Club”un üzvləri ilə görüş

 

Fevralın 28-də təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış “MBA Club”un (Master of Business Administration) üzvləri ilə görüşüb.
Görüşdə təhsil naziri Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, digər çoxsaylı dövlət proqramları ölkəmizdə elm, təhsil və innovasiyaların inkişafı üzrə konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra təhsil naziri qeyd edib ki, müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu sürətlə artmaqdadır. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə mühüm öhdəliklər düşür. Nazir Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan azərbay­canlı gənclərin ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
  Görüşdə “MBA Club”un üzvlərinin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.шаблоны для dle 11.2