Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İnformasiya cəmiyyəti və informasiya-kommunikasiya texnologiyaları


 

Həsən Mahmudov,

Azərbaycan Milli Elmlər Akademiyası

Neft-Kimya Prosesləri 

İnstitutunun əməkdaşı

 

 

Bildiyimiz kimi informasiya cəmiyyəti - əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət hesab olunur.

İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır.

İnformasiya cəmiyyətinin fərqləndirici cəhətləri aşağıdakılardır:

- Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması;

- Daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması;

- İnsanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması.

İstənilən iqtisadi məsələnin həllində istifadə olunan iqtisadi informasiyaların avtomatlaşdırılmış çevrilmələrinin layihələndirilməsi texnologiyası 4 mərhələdən ibarətdir:

O         Başlanğıc;

O         Hazırlıq; 

O         Əsas; 

O         Nəticə. 

Texnoloji prosesin hər bir mərhələsindəki əməliyyatların tərkib və strukturu, istifadə olunan hesablama texnologiyasından, rabitə vasitələrindən və informasiyaların çevrilməsi texnologiyası qarşısına qoyulan tələbatdan asılı olaraq müxtəlif ola bilər. 

İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi təyinatına görə texnoloji əməliyyatlar: köməkçi, əsas və nəzarətçi olur. İkinci qrupa “əsas” əməliyyatlar daxildir ki, bunlar verilənlərin maşındaxili texnologiyaların köməyi ilə çevrilməsi əməliyyatlarıdır. Bunlar nizamlamaq, korrektə etmək (düzəltmək), toplama (yığma) və məxsusi çevirmə əməliyyatlarıdır. 

Nizamlamaq - ixtiyarı şəkildə yerləşmiş verilənlərin açar sözlərin mənasına görə müəyyən ardıcıllıqla yerləşdirilməsidir. 

Korrektəolunma  - verilənlərdən yaradılmış faylda düzəlişlər aparmaq və onların üzərində çevrilmə aparmaq üçün aktual vəziyyətdə saxlamaq prosesidir. 

Yığma - başlanğıc verilənləri formalaşdırmaq məqsədilə mövcud fayllara vaxtaşırı yeni verilənlərin daxil edilməsi prosesidir.

Çevirmə - başlanğıc informasiyanın son nəticəyə çevrilməsi üçün bütün idarəetmə obyekti (istifadəçi) tərəfindən informasiyanın toplanması prosesinin həyata keçirilməsidir. 

İnformasiyaların çevrilməsi üçün maşındaxili texnologiyaların müxtəlif formaları mövcuddur: 

- İnformasiyanın mərhələsi; 

- İnformasiyanın ötürülməsi; 

- Nəticələrin alınması; 

- İnformasiyanın saxlanması, axtarışı, emalı, hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi. 

Ən geniş yayılmış formalar verilənlərin paket və dialoq rejimləri sayılır. Bəzi hallarda zaman baxımından məsələnin avtomatlaşdırılmış həlli idarəolunan prosesin gedişatı ilə uyğunlaşdırılmalıdır. Ona görə də informasiyaların çevrilməsinin təşkilinin, real zaman rejimində verilənlərin çevrilməsi texnologiyası adı alması zərurəti yarandı. 

İdarəetmə qərarlarının qəbul edilməsinə qədər iqtisadi informasiya mürəkkəb çevrilmələrə məruz qalır. Həll olunan məsələlərin predmet sahəsi, informasiya münasibətləri nə qədər müxtəlif olsa da, iqtisadi informasiyanın çevrilməsinin ümumi mərhələlərə bölünməsi zəruridir. Belə informasiya bilavasitə istehsal prosesində (məhsullar və xidmətlər istehsalı) yaranır və bu prosesin texniki - iqtisadi parametrlərini əks etdirir. İqtisadi informasiya istehsal kommersiya proqramlarının icrasına, maddi, əmək və pul vasitələrinin məsrəfləri üzərində nəzarəti həyata keçirməyə imkan verir. 

Ötürülmə iqtisadi informasiyanın məruz qaldığı çevrilmələrin biri kimi nəzərdən keçirilir. Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementlərinin qıtlığı ilə səciyyəvidir. Təbii ki, bu halda informasiyanın avtomatlaşdırılmış işlənməsi imkanları xeyli məhdudlaşmış olur. Burada ən perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sis­teminin yaradılması, “intellektual” terminalların tətbiq edilməsidir. Rabitə növünün seçilməsi informasiyanın ötürülməsinin texniki vasitələrinin tərkibini müəyyənləşdirir. Rabitənin texniki vasitələri seçilərkən informasiyanın hansı miqyasda mübadilə edilməsi əsas götürülür. 

Belə ki, əgər müəssisədaxili informasiya mübadiləsində naqil əlaqəsi, radio əlaqəsi və qismən terminalların tətbiqi məqbuldursa, kənar mühitlə (müəssisədən kənar) informasiya mübadiləsində terminalların istifadəsinə üstünlük verilməlidir. Bu zaman kollektiv istifadədə olan hesablama qurğularının yaradılması, deməli, informasiyanın işlənməsinin çoxmaşınlı sisteminin tətbiqi üçün şərait yaranır.

İdarəolunan obyektin vəziyyətini xarakterizə edən iqtisadi informasiyanın ümumi həcminin 80-85% -i emal olunur. İnformasiyanın çevrilməsinin bu mərhələsi hazırda bilavasitə hesablama qurğularında həyata keçirilir. 

İnformasiyanın emalının ümumi prosesini təşkil edən əməliyyatları üç qrupa bölmək olar: 

P Texniki (giriş maşın daşıyıcılarının hazırlanması, informasiyanın daxil və xaric edilməsi və s.);

P          Məntiqi;

P          Hesabi əməliyyatlar. 

Bu qrupların ümumi prosesdəki xüsusi çəkisi məsələlərin növündən asılı olur. İnformasiyanın maşınla işlənməsi prosesində texniki əməliyyatlar - hazırlıq, məntiqi və hesabi əməliyyatlar isə əsas əməliy­yatlar hesab olunur. İnformasiyanın işlənməsi prosesində texniki və hesabi əməliyyatların icrasına nəzarət mühüm yer tutur. Belə ki, nəzarət əməliyyatlarının köməyi ilə informasiyanın dürüstlüyü təmin olunur. 

Qeyd edək ki, nəzarət əməliyyatları əsasən maşın tərəfindən yerinə yetirilir. Bilərəkdən yol verilən səhvlər demək olar ki, informatikadan daha çox digər səhvlərin, bəzi hallarda hüququn predmetidir. 

İnformasiyanın yaranması və çevrilməsi prosesində bilmədən yol verilən səhvlərin qarşısını almaq üçün müvafiq işçilərin ixtisası artırılmalı, səmərəli həll üsulları işlənib hazırlanmalı, nəzarət üsulları və informasiyanın işlənməsində, istifadə olunan texniki vasitələr təkmilləşdirilməlidir. Ümumiyyətlə, informasiyanın düzgünlüyünə nə­zarət həmişə diqqət mərkəzində olmalıdır, çünki, səhv informasiya bütün hallarda idarəetmənin müxtəlif səviy­yələrində idarə olunan obyekt, baş verən iqtisadi proseslər haqqında səhv təsəvvürlərə, yanlış idarəetmə qərarlarının qəbul edilməsinə səbəb olur.