Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Morfemik təhlil və onun aparılması qaydaları haqqında

 

Minarə Paşayeva,
Şirvan  şəhər 13 nömrəli  tam  orta  məktəbin  
Azərbaycan  dili  və  ədəbiyyat  müəllimi


Dilçilik elminin bütün bölmələri üzrə kompleks şəkildə aparılan təhlil  linqvistik təhlil adlanır. Linqvistik  təhlil  müxtəlif dil  vahidlərinin  həm  ayrılıqda, həm də kompleks şəkildə  araşdırılmasını nəzərdə  tutur. Linqvistik təhlil bacarıq- larına yiyələnmək  üçün  dilçiliyin hər bir bölməsi  üzrə  nəzəri  biliklərə  və praktiki  bacarıqlara  malik  olmaq  vacibdir.Çünki linqvistik təhlil  nəzəri  biliklərin təcrübədə  tətbiqi  və  təsdiqidir.
Azərbaycan dilinin praktiki mənimsənilməsində bacarıq və vərdişlərin for­ma­laş­dırılmasında  linqvistik təhlilin çox böyük əhəmiyyəti var. Linqvistik  təhlildən  daha  çox  fəndaxili  inteqrasiyada  istifadə  daha  səmərəlidir.
Dilin müxtəlif səviyyələrində  linqvistik  təhlildən istifadə  etmək dil qaydalarının  və nitq  normalarının  formalaşmasında zəruri  məsələdir.
Dilçiliyin hər bir bölməsi, dilin  hər bir  səviyyəsi linqvistik  təhlillə  tamamlanır. Linqvistik  təhlil  dil  faktlarının,qanun və  qanunauyğunlarının  praktiki  mənimsəmə göstəricisidir. Linqvistik təhlil­etmə bacarığına  yiyələnmək  buraxılış  sinifləri  üçün  daha  vacib amildir.
 Linqvistik  təhlil  bilik və  bacarıqların sistemli mənimsənilməsinə imkan  yaradır ki, bu  da linqvistik  məntiqi  təfəkkürün  inkişafına zəmin  hazırlayır.
Bu  gün orta  məktəb dərsliklərində fonetik, morfoloji  və  sintaktik  təhlildən qismən  istifadə  olunsa  da,  linqvistik  təhlilin  leksik, morfemik, söz yaradıcılığı üzrə təhlil növlərindən demək olar ki, söz  açılmır.
Bunları  nəzərə  alaraq, bu yazımızda morfemik  təhlilin aparılması  qaydalarına aydınlıq gətiririk.
Morfemik təhlil aparmaq üçün  şagird  aşağıdakı məlumatlara malik  olmalı, morfemika  ilə  bağlı  anlayışları mənimsəməlidir.
Morfemika-dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsidir (yunanca morfe - forma deməkdir).
Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.
Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar.
Kök-sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəsidir.
Şəkilçi isə  sözün ayrılıqda işlənə bilməyən və leksik məna bildirməyən hissəsidir.
Məsələn: qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir.
Şəkilçilər funksiyasına görə sözdüzəldici və ya sözdəyişdirici  olur.
Sözdüzəldici (leksik)  şəkilçilər sözün məzmununu,  sözdəyişdirici(qrammatik) şəkilçilər  isə formasını dəyişir.
Sözün başlanğıc forması isə sonuncu  leksik şəkilçi daxil  olmaqla  qrammatik  şəkilçiyə qədər olan  hissədir.
Qeyd:  bəzən leksik  şəkilçidən  əvvəl qrammatik şəkilçidə işlənə  bilir.Məsələn: anamgil, bağımızdakı  və  s.
Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur.
Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na-, bi-, ba-, la-, a-, anti- və s. Məsələn: narahat, laməkan, baməzə, bixəbər, anormal, antihumanist və s.
Şəkilçilər  müxtəlif  əsaslara  görə  növlərə  bölünür.
Morfemik təhlil aparan şagird qrammatik şəkilçilərin  də növlərini  bilməli və onları fərqləndirməyi  bacarmalıdır.шаблоны для dle 11.2