Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı gənc istedad Massaçusets Texnologiya İnstitutuna qəbul olunub

 


Azərbaycanlı gənc Abutalıb Namazov dünyanın ən nüfuzlu ali təhsil məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MTİ) kompüter elmləri ixtisası üzrə qəbul olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəb 2019-2020-ci illər üzrə “Quacquarelli Symonds” (QS) reytinqində dünyada 1-ci, “Times Higher Education 2020” reytinqində isə 5-ci yerdədir. MTİ ABŞ-ın Massaçusets ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən özəl məktəbdir. İnstitutda təhsil alan bakalavr tələbələrin sayı 4510 nəfər təşkil edir. Tələbələrin bu məktəbi bitirmə faizi 94, qəbul olunma dərəcəsi 7 faizdir.
Qeyd edək ki, A.Namazov Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmış iştirakçı olub.


Tarix: 16-03-2020, 23:53

Xəbəri paylaş