Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adlar verilib


 



Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin 4 əməkdaşına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adlar verilib. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin 6 əməkdaşı “Əməkdar elm xadimi”, 23 əməkdaşı isə “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb


Tarix: 26-11-2019, 14:45

Xəbəri paylaş