Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı məktəblisi Avropa çempionatının qalibi olub

 
Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.
Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.
Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.шаблоны для dle 11.2