Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Olimpiada qalibləri mükafatlandırılıb

 
İyunun 6-da Rus dili və ədəbiyyatı üzrə IX Respublika Olim­piadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Rus dili və ədəbiyyatı üzrə IX Respublika Olimpiadasına, “A.S. Puşkin iki yüzilliyin aynasında” layihəsinə yekun vurulması və qaliblərin mükafatlandırılması münasibətilə reallaşdırılan tədbir Bakı Slavyan Universitetində təşkil olunub.
Mərasim təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır.
Tədbirdə çıxış edən universitetin rektoru Nurlana Əliyeva Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə nəzər salıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb, xalqlarımız və ölkələrimiz arasında daim qar­şılıqlı etimad olduğunu diqqətə çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bilik yarışmasının qaliblərini təbrik edib, tədbirin təşkilatçılarına və müsabiqə iştirakçılarına minnətdarlığını bildirib.
İdarə müdiri bildirib ki, Azərbaycanda rus dilinin öyrənilməsinə böyük maraq var və dövlət tərəfindən rus dilinin keyfiyyətli tədrisi üçün lazımi şərait yaradılıb. Çıxışı zamanı Məhəbbət Vəliyeva ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb, eləcə də məktəblilər arasında bilik yarışlarına artan marağın yüksək səviyyədə dəstəklənməsinin bu istiqamətdəki nailiyyətlərin daha da genişlənməsinə əsaslı zəmin yaratdığını söyləyib.
Sonra olimpiadanın qalibləri mükafatlandırılıblar. Həmçinin, olimpiadanın təşkilində fəallıq göstərmiş məktəb direktorlarına diplomlar təqdim olunub.
Tədbirdə rus dilində şeirlər və mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.
  Qeyd edək ki, olimpiadada ölkə məktəbliləri ilə yanaşı, BŞTİ-nin tabeliyində olan 158 məktəbin 7-8-ci siniflərində təhsil alan 811 şagirdi iştirak edib. Onlardan 32 nəfəri I, II, III yerlərin sahibi olub.шаблоны для dle 11.2