Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş körpələr evi-uşaq bağçasının açılışı olub

 
 

Avqustun 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
İkimərtəbəli binanın sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaq­ların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb.
  Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.шаблоны для dle 11.2