Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türkiyə yeni uğur hekayəsini yazacaq

 


2023-cü ilə qədər 500 min proqram təminatçısı hazırlanacaq
Türkiyə elmi tədqiqatçılar hazırlığı sahəsində 2020-ci ildə özünün ən genişmiqyaslı layihəsinə başlayır.  Bu barədə ilk anonsu ötən ilin son günlərində ölkənin sənaye və texnologiyalar naziri Mustafa Varank verib. M.Varank hazırda Türkiyədə elmi tədqiqatlarını davam etdirən alimlər üçün Milli Lider Tədqiqatçılar Proqramına start verildiyini bildirib.
 
O,  TÜBİTAK (Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası) və TÜBA (Türkiyə Elmlər Akademiyası) mükafatlarına layiq görülən 57 alimi təbrik edərək  Türkiyənin yeni uğur hekayəsinin istehsal, texnologiya və elmlə yazılacağını söyləyib.  Nazirlik olaraq bu sahədə işləri sürətləndirdiklərinə diqqət  çəkən Varank, sənayeçi, təşəbbüskar, universitet və elm adamları ilə birlikdə hazırladıqları "Sənaye və Texnologiya Strategiyası 2023"  ilə Türkiyəni yeni texnologiyaların istehsalçısı edəcəklərini, bu viziona "Milli Texnologiya Həmləsi" adı verdiklərini  ifadə edib.
 
Nazir istehsal və ixracatda texnologiyaların payını artırmaq, qlobal brendlər  yaratmaq və dəyəri bir milyard dollardan artıq olan gənc şirkətlərin Türkiyənin uğurlarını dünyada yaymaq istədiklərini vurğulayraq  "atacağımız hər bir addım iqtisadi və texnoloji müstəqilliyimizi gücləndirəcək. Biz orijinal və yenilikçi texnologiyaları inkişaf etdirəcəyik və qlobal rəqabət yarışında yüksək səviyyəli daimi oyunçu olacağıq. Bunun üçün bizim bütün lazımi infrastrukturumuz vardır"-deyib.
 
Sənaye doktorluq proqramında 120 əməkdaşlıq layihəsinə dəstək
 
İxtisaslı, çalışqan və dinamik insan resurslarının vacibliyini vurğulayan M.Varank insan resurslarının inkişafına yönələn layihələrdən danışıb.  Nazir onlardan birincisinin sənaye sahəsində doktorluq proqramı olduğunu və akademik kadrları sənayeyə inteqrasiya etdiklərini söyləyib.
 
"Ötən il başladığımız bu praktika böyük tələbata malik idi.  33 universitetin 77 firma ilə həyata keçirdiyi 120 müxtəlif əməkdaşlıq layihələrini dəstəkləyəcəyik.  Doktorantura tələbələrimiz məzun olduqdan sonra  da biz 3 il ərzində onlara məşğulluq dəstəyini təmin edəcəyik" -deyə nazir bildirib.
 
Hədəf: 2023-cü ilə qədər 500 min proqram təminatçısı

M. Varank adıçəkilən  proqramda əhəmiyyət verdikləri başqa bir mövzunun proqram təminatçılarının hazırlanması olduğunu və  bu sahədə texnologiya şirkətləri, qeyri-hökumət təşkilatları və əlaqədar qurumlarla sıx əməkdaşlıq etdiklərini deyib.
 
Açıq Mənbə Platforması qurduqlarını xatırladan nazir "Xarici asılılığı azaldacaq, yerli açıq mənbə həllini inkişaf etdirərək mümkün kiber təhlükəsizlik hücumlarını aradan qaldıracağıq. Bu platforma 2023-cü ilədək ən az 500 min proqram təminatçısı yetişdirmək hədəfimizdə təsirli olacaq"- deyib.
 
Uşaqlara və gənclərə laqeyd yanaşmadıqlarını da vurğulayan M.Varank  uşaqların  enerjisini elm və texnologiyaya istiqamətləndirmək üçün Elm Mərkəzləri və Təcrübə Texnologiyaları Atelyeleri qurduqlarını  və  "gələcək texnologiya ulduzları"nın bu mərkəzlərdən çıxacağını bildirib.

“TÜBİTAK və TÜBAnın  təcrübəsi, Türkiyənin təcrübəsi"
 
M.Varank elmin inkişafı, cəmiyyətə yayılması və elməsaslı gələcəyə istiqamətli işlərin sürətlə davam etdiyini və Elmlər Akademiyasının elm, təhsil, kök hüceyrələri, qida və enerji sahələrində fəaliyyətlərini davam etdirdiyini bildirib. TÜBİTAK ilə milli və orijinal texnologiyaları dəstəklədiklərini vurğulayan nazir qeyd edib: "Biz özəl sektorun 3072,  akademik dairələrin 1110 layihəsini maliyyələşdirdik.  Bundan başqa, 5 min 180 alim bizim müxtəlif dəstəyimizdən istifadə edib. TÜBİTAK institutları kritik texnologiyaların inkişafında mühüm rol oynayır. Tədqiqat və inkişaflara əsaslanan məhsullar sənayemiz tərəfindən hazırlanır. TÜBİTAK və  TÜBA-nın dəstəyi sayəsində Türkiyə  özəllilklə müdafiə sənayesi sahəsində qlobal gücləri geri addım atdıra biləcək bir  ölkəyə çevrilib. İndi biz bu uğuru texnologiyanın bütün sahələrinə yaymalıyıq".
 
Oruc MUSTAFAYEV
 шаблоны для dle 11.2