Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UTECA-da magistraturaya plan yerinin 97,2%-i dolub

Bu il Azərbaycan Texnologiya Universitetinin (UTECA) magistratura pilləsinə 174 nəfər qəbul olub. 155 nəfər əsas müsabiqə, 19 nəfər isə əlavə yerləşdirmə zamanı UTECA-nın  ixtisaslarını seçərək magistr adını qazanıb.

Beləliklə, bu il ayrılan 179 plan yerinin 97,2%-i dolub.

Bu universitetin magistraturaya qəbul tarixində ən yüksək göstəricidir.


Ötən 2021-ci ildə Azərbaycan Texnologiya Unversitetinin magistratura səviyyəsinə 216 (plan 228), 2020-ci ildə 130 (plan 157), 2019-cu ildə 78 (plan 116), 2019-cu ildə isə 59 (plan 112) nəfər qəbul olub.

UTECA-da magistrların sayının artırılması gələcəkdə universitetin tədqiqat mərkəzinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.


Tarix: 19-08-2022, 23:56

Xəbəri paylaş