Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU və Türkiyənin Eskişehir Texniki Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb


Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Eskişehir Texniki Universiteti arasında bakalavriat pilləsində kimya mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb.
Sənəd AzTU-nun rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Səfər çərçivəsində “Erasmus+” K107 mobillik proqramı üzrə müqavilə və hər iki universitetin resurslarından istifadə etməklə universitet-sənaye işbirliyinin artırılması istiqamətində əməkdaşlıq müqaviləsi də imzalanıb. 
 Eskişehir Texniki Universitetinin rektoru professor Tuncay Döğeroğlu və AzTU-nun rektoru professor Vilayət Vəliyev imzalanmış müqavilələr üzrə işlərin uğurla həyata keçirilməsi, birgə layihələrin işlənilməsi, müəllim-tələbə mübadiləsi ilə bağlı faydalı müzakirələr aparıblar.


Tarix: 5-08-2022, 13:13

Xəbəri paylaş