Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sabah şagird yerdəyişməsinə başlanılır




Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Proses “sy.edu.az” elektron sistemi üzərindən həyata keçiriləcək.
 Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək. 
Valideynlər üçün “sy.edu.az” elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. 
 Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.
 Aşağıda adları qeyd edilmiş ümumtəhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək. 
 İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:
 1. Heydər Əliyev adına lisey;
2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
3. 132-134 nömrəli Təhsil Kompleksi;
4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;
5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;
6. İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi;
7. “Zəngi” liseyi;
8. Bakı Avropa Liseyi;
9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
10. Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;
 11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.


Tarix: 3-08-2022, 15:30

Xəbəri paylaş