Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU: Azİİ e-Kitab Evi “Əsgərin kitab rəfi” aksiyasına qoşulub







Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunmuş “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına qoşulub.
İyulun 25-də aksiya çərçivəsində ADNSU-nun Azİİ e-Kitab Evinin fondundan vətənpərvərlik, elmi, bədii, publisistik və digər janrlarda  39 adda 40 nüsxə kitab hədiyyə olunub. 
Kitabları təqdim edənlər ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) direktoru Bəhruz Nəzərov və Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “İrəli” İctimai Birliyinin nəcib təşəbbüsünü yüksək dəyərləndirdiklərini bildirib və universitetin hər zaman belə layihələrə  dəstək olduğunu qeyd ediblər. 
Kitabları təhvil alan “İrəli” İctimai Birliyinin nümayəndəsi Arif Rəhimli kitab toplama aksiyasına dəstək olduğuna görə Azİİ e-Kitab Evinə təşəkkürünü bildirib. 
Qeyd edək ki, “Əsgərin Kitab Rəfi” kitab toplama kampaniyası çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanaraq işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq. Kitabların toplanması Bakı şəhərində “İrəli” İctimai Birliyinin ofisi, regionlarda isə Heydər Əliyev Mərkəzlərində yerləşən GİKM-in nümayəndəliklərində həyata keçiriləcək.


Tarix: 25-07-2022, 23:16

Xəbəri paylaş