Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nanoaraşdırmalar ETL-də seminar keçirilib


Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “İspaniyanın Qranada Universitetində təhsil, elm və tətbiqlər” mövzusunda elmi seminar keçirilib. 
Seminarda laboratoriyanın aparıcı elmi işçisi İsmət Əhmədov məruzə ilə çıxış edib. 
İsmət Əhmədov Avropa Birliyinin ERASMUS+ITACA qrant  layihəsi çərçivəsində cari ilin may-iyun aylarında İspaniyanın Qranada Universitetində bir aylıq elmi ezamiyyətdə olub. 
Seminarda laboratoriyanın, Biologiya və Kimya fakültələrinin əməkdaşları iştirak ediblər.
İsmət Əhmədov çıxışında Qranada Universiteti və onun Su problemləri elmi-tədqiqat institutu haqqında məlumat verib. Qranada Universitetində təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi tədqiqatlar barədə danışıb. Sonra Qranada Universiteti ilə beynəlxalq elmi tədqiqat və təhsil proqramları çərçivəsində əməkdaşlığın mümkün istiqamətləri haqqında müzakirələr aparılıb.


Tarix: 15-07-2022, 16:30

Xəbəri paylaş