Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

31 nəfər azərbaycanlı Çində təhsil almaq hüququ qazandı



Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 31 nəfər azərbaycanlı hökumətlərarası təqaüd proqramları çərçivəsində 2022-2023-cü tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 31 nəfər bu ölkənin müxtəlif ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kompüter elmləri, media və kommunikasiya, tibb, iqtisadiyyat və idarəetmə, maliyyə, neft-qaz mühəndisliyi, mikrobiologiya kimi ixtisaslar üzrə bakalavriat (5 nəfər), magistratura (22 nəfər) və doktorantura (4 nəfər) pillələrində təhsil almaq hüququ qazanıb.


Tarix: 14-07-2022, 17:00

Xəbəri paylaş