Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da 8 Noyabr- Zəfər Günü qeyd olunub

 





Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər Günü qeyd olunub. II Qarabağ Müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanan, karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, tələbələr həmçinin, şəhid məzunlarımızın ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsi haqqında video-çarx nümayiş olunub. Tədbirdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra ADNSU-nun rektoru, professor M.Babanlı Zəfər gününün 1-ci ildönümü münasibətilə hər kəsi təbrik edib və qələbəni şərtləndirən amillərdən söz açıb. Cənab Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun qüdrətindən, xalqımızın birliyindən və dost-qardaş ölkə olan Türkiyənin dəstəyindən danışan rektor M.Babanlı bizə öz canları bahasına bu qələbə sevincini yaşadan şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını deyib və onların xatirəsinin hər zaman uca tutulacağını bildirib. Universitetdə şəhid məzunların xatirsəinin əbədiləşdirilməsi istiqamətində görülən işlərədən danışan rektor M.Babanlı 22 nəfər şəhid məzunun hər birinin adına auditoriyarın açılmasının nəzərdə tutulduğunu deyib. Müharibə iştirakçısı olan ADNSU-nun Sənaye maşınları kafedrasının assistenti Niyaz Zeynalov çıxışında ağır, lakin bir o qədər də qürurverici döyüş yolundan danışıb. II Qarabağ Müharibəsində Şuşanın alınmasınadək döyüşlərdə iştirak edən ADNSU-nun I kurs tələbəsi Vasif Aslanovun atası Pərviz Aslanov çıxış edərək, qələbəmizin ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, həm də dövlətimzin və dövlətçiliyimizin qüdrətini, gücünü və birliyini bütün dünyaya sübut etdiyini bildirib. Tədbirdə Şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb və şəhidlərə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.