Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da yaz semestrinin imtahan sessiyası başlayıb



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iyunun 1-dən 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
İmtahanlar onlayn formatda şifahi keçiriləcək. Bu semester ADNSU-da ümumilikdə 8550 bakalavr, 1000 nəfər isə magistr pilləsində təhsil alan tələbə imtahan verəcəklər.
Bakalavr səviyyəsində əyani təhsil alan 1-3-cü kurs tələbələri, qiyabi təhsil alan 1-4-cü kurs tələbələri, magistr səviyyəsində (II kurs magistrantlar dissertasiya müdafiə edəcəklər) təhsil alan 1-ci kurs tələbələri bu semestr imtahan verəcəklər. Həmçinin, sonuncu kurs bakalavrlar dövlət imtahanı verəcəklər.
Bakalavr səviyyəsində 28 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçiriləcək.
Qeyd edək ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb. Onu da qeyd edək ki, imtahanların ilk günündə tələbələrin 98 faizi imtahanlarını müvəffəqiyyətlə veriblər.
ADNSU-da yaz semestrinin imtahan sessiyası iyulun 2-ə dək davam edəcək.


Tarix: 3-06-2021, 19:06

Xəbəri paylaş