Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

EQAC layihəsinin yekun monitorinqi keçirilib




Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin Yaradılması” (EQAC) layihəsinin yekun monitorinq görüşü baş tutub.
Onlayn görüşdə universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev və əməkdaşı Jalə Həmzəyeva, Elm və xarici əlaqələr mərkəzinin əməkdaşı İlahə Qurbanova, Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Azər Huseyn, Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Hacıyev iştirak edib, layihə çərçivəsində 3 il müddətində görülmüş işlərlə bağlı xarici ekspert cənab Luiz Gomezin suallarını cavablandırıblar.
5 avropa, 11 Azərbaycan universitetinin iştirak etdiyi bu layihənin əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin artırılması və ESG standardlarına cavab verməsi, təhsilimizin Avropa Təhsil mühitinə inteqrasiyası üçün partnyor universitetlərdə Keyfiyyət Təminatı Mərkəzlərinin qurulmasıdır. Belə ki, layihə tələbə yönümlü təhsil proqramlarının yeni standartlara uyğun yazılması, tələbə mərkəzli təlim, tədris və qiymətləndirmə, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması kimi bir sıra konsepsiyaları özündə birləşdirir.
Məhsuldar keçən görüşdə layihə nəticələrini özündə əks etdirən Özünütəhlil hesabatı (SER Report) monitorinq iştirakçıları tərəfindən geniş müzakirə edilib, sonda isə layihənin davamlılığı baxımından bir sıra təklif və tövsiyyələr irəli sürülüb.


Tarix: 27-05-2021, 16:36

Xəbəri paylaş