Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “Kapital Bank otağı” açılıb










Mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni auditoriyanın - “Kapital Bank otağı”nın açılışı olub. Bank tərəfindən təmir edilmiş və ADNSU tərəfindən lazımi avadanlıqlarla təchiz edilmiş auditoriyada İqtisadiyyat və Menecment fakültəsinin tələbələrinə universitetin profesor və müəllimləri ilə yanaşı, Kapital Bankın mütəxəssislərinin də mühazirələri, təlimləri təşkil olunacaq.
Təqdimat mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Fərqanə Məmmədova, universitetin bir neçə əməkdaşı və başqa qonaqlar iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirdə çıxış edərək Kapital Bankla mövcud əməkdaşlıq əlaqələrindən danışıb, bankla əməkdaşlığın tələbələrin tədrisinə müsbət təsir göstərəcəyini deyib. Rektor M.Babanlı müasir əmək bazarının tələblərinə maksimal dərəcədə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının ali məktəblərin müəssisə və təşkilatlarla əməkdaşlığı olmadan təsəvvür edilməsinin çətin olduğunu vurğulayıb. Qeyd edib ki, əməkdaşlığımız və bu gün açılışını etdiyimiz auditoriya qarşıda çox zəngin faydalı iş münasibətlərinin qurulmasından xəbər verir.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov ADNSU ilə əməkdaşlığın həm bank, həm də ali məktəb üçün faydalı olacağını diqqətə çatdırıb. “Kapital Bank otağı”nda bankın əməkdaşları ilə tələbələr arasında keçiriləcək mühazirə və təlimlərin kadr hazırlığına müsbət töhfə verəcəyinə əminliyini ifadə edən E.Məmmədov ADNSU tələbələri üçün təcrübə proqramlarının, fərdi inkişaf layihələrinin gələcəkdə daha geniş şəkildə təşkil olunacağını vurğulayıb.
Tədbirdə Kapital Bankın İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktoru Fərqanə Məmmədova, ADNSU-nun dosenti İlham Rüstəmov çıxış edərək universitet və bank əməkdaşlığının faydasından və bu auditoriyada təhsil alacaq tələbələrin gələcək uğurlarından danışıblar.
Açılış mərasimində həmçinin, Kapital Bankın əməkdaşları olan ADNSU-nun məzunları Zakir Xanməmmədov, Fazil Mehdiyev, həmçinin ADNSU-nun IV kurs tələbəsi Həsən Mustafayev də çıxış edərək universitet və Kapital Banka onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər


Tarix: 28-05-2021, 17:07

Xəbəri paylaş