Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeni tədris ilindən IX siniflərdə Zəfər tarixi fənninin tədrisinə başlanılacaq



Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərinin 9-cu siniflərində Zəfər tarixi fənninin tədrisinə başlanılacaq. Bunun üçün artıq dərslik hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qalib müəllim” videohekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə müsahibəsində təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, 9-cu siniflərdə tədris olunacaq Zəfər tarixi fənni əvvəllər 8-ci sinifdə tədris olunan Qarabağ tarixi fənnini əvəz edəcək. Zəfər tarixi fənnində şagirdlərə Birinci Qarabağ müharibəsi və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi haqqında məlumat veriləcək.