Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da X Məzun-Karyera Sərgisi keçirilib




Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün X Məzun-Karyera Sərgisi keçirilib. Onlayn sərgidə  63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-ə dək təcrübə yeri təqdim olunub.
 
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, 2015-2016-cı tədris ilindən etibarən ənənəvi olaraq ADNSU-da keçirilən Məzun-Karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühüm platformadır. Rektor tələbə və məzunların işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığını və bu istiqamətdə atılan addımlardan biri olaraq Məzun-Karyera sərgilərinin mühüm rol oynadığını deyib.
 
Sərgidə energetika nazirinin müavini Elnur Soltanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onların ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, ixtisaslarına uyğun işlə təmin olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ADNSU-nun mütəmadi olaraq təşkil etdiyi Məzun-Karyera sərgiləri də bu baxımdan diqqətəlayiqdır. Şirkətlərin də bu universitetin tələbə və məzunlarına marağının yüksək olması bir  daha onu göstərir ki, ADNSU tələbələri gənc mütəxəsislər olaraq özlərini doğruldublar və onlara gələcəkdə də çox ehtiyac olacaq.
 
Qida Təhlükəsizliyi Agentliyi, “AzərGold” QSC, “AzərEnerji”, həmçinin digər dövlət və özəl şirkətləri sərgidə öz vakant iş yerləri ilə çıxış edərək, sərgini dəstəklədiklərini və əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.


Tarix: 26-05-2021, 12:31

Xəbəri paylaş