Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə AMEA İdarəetmə Sistemləri İnstitutu arasında müqavilə imzalanıb


Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovla ADNSU-nun rektoru, professor Mustafa Babanlı arasında görüş keçirilib. Görüşdə həmçinin, AMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev də iştirak ediblər.
İkitərəfli əməkdaşlıq əlaqələrindən bəhs olunan tədbir zamanı ADNSU-da HPC  Mərkəzinin (High Performance Computing) imkanlarından, elmin inkişafındakı rolundan bəhs olunub. Qərara alınıb ki, iri hesablamalar zamanı AMEA İdarəetmə Sistemləri İnstitutu HPC  Mərkəzinin imkanlarından istifadə edə bilər. Sonra bu istiqamətdə əməkdaşlıq etmək üçün institut ilə universitet arasında müqavilə imzalanıb. Sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov imzalayıblar.


Tarix: 9-03-2021, 15:52

Xəbəri paylaş